Mətbuat Şurası Prezidentə təşəkkür məktubu ünvanlayıb
Tarix: 24.07.2015 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda bildirilir ki, bu günlərdə bütün ölkə ictimaiyyətində və mediasında əsl bayram ab-havası hökm sürdü. Yüzlərlə həmkarımız fəxri adlarla, diplomlarla, orden və medallarla, prezident təqaüdü ilə təltif olunmaqla böyük sevinc hissi yaşadı. Müstəqillik illərində dördüncü dəfədir ki, belə təntənəli anlara şahidlik edildiyinin xatırlandığı məktubda bu ənənənin təməlinin Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğu göstərilir. “İyulun 21-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə keçirdiyiniz görüşdə səsləndirdiyiniz fikirlər belə dəst-xəttin davamlılığından xəbər verir”.
Məktubda Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında 2 iyun 2015-ci tarixdə imzaladığı sərəncama xüsusi diqqət yetirilir. “Azərbaycan mətbuatının ötən 140 ildə keçdiyi yol milli şüur və düşüncə, ictimai fikir tariximizin mühüm mərhələsidir. Bu yolda xalqımız bir çox məhrumiyyətlərə də qatlaşdı, çətinliklərə də sinə gərdi. Ancaq ötən zaman kəsiyinin təhlili göstərir ki, qazandıqlarımız itirdiklərimizi xeyli üstələdi. Çünki böyük mütəfəkkir Həsən bəy Zərdabinin gərgin əməyinin məhsulu olan «Əkinçi» qəzetinin fəaliyyəti yalnız mətbu hadisə deyil, bütövlükdə xalqın gələcək taleyini müəyyənləşdirən cərəyan rolunu oynadı. 1875-ci ilin 22 iyul tarixindən başlanmış missiya 43 il sonra birinci, 116 il sonra isə ikinci zəfər taleyini yaşadı. Bu tale payının adı müstəqil Azərbaycan Respublikası idi. Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamınızı ilk növbədə məhz zəfər tariximizə verdiyiniz böyük dəyərin nümunəsi kimi qəbul edirik”, - deyə bildirilir.

Məktubda dövlət başçısının Mətbuat Şurasının missiyasını yüksək qiymətləndirməsi Şuraya olan etimad nümunəsi kimi yada salınır. Qurumun bu etimadı doğrultmaq üçün var gücü ilə çalışacağı bildirilir. Qeyd edilir ki, Azərbaycan dövlətinin media siyasəti həm mətbuatımızın tarixi missiyasına qiymət, həm də demokratik dövlət quruculuğu prosesində jurnalistikanın ictimai institut kimi yeri və rolunun vurğulanması baxımından önəmlidir. “Bu münasibəti təsdiqləyən bir çox konkret addımların atılmasına şahidik. Azərbaycanda mediaya dövlət dəstəyinin sistemli şəkil almasını, kütləvi informasiya vasitələri işçilərinin sosial şəraitlərinin yaxşılaşdırmaq məqsədilə onlar üçün yaşayış binasının inşasını xüsusi qeyd etməliyik” kimi fikirlərin yer aldığı məktubda həmçinin Azərbycanın Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacağına əminlik ifadə olunur: “Sizə bu yolda möhkəm cansağlığı arzulayırıq. Uğurlarınızın, uğurlarımızın müjdəçisi olmaq qürurumuzdur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info