«Huffington Post»: «Beynəlxalq Mülki Aviasiya Təşkilatı Azərbaycanın mövqeyini dəstəkləyir»
Tarix: 31.01.2013 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Kris Pinçer: «Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, təcavüzkar siyasətindən əl çəkmir»

ABŞ-ın nüfuzlu “Huffington Post” qəzeti Britaniya parlamentinin Leyboristlər Partiyasından olan üzvü Kris Pinçerin “Xocalı sadəcə aeroport deyil” sərlövhəli məqaləsini dərc edib.

Deputat Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlarda Parisdə keçirilən görüşündən, Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonunun Ermənistan tərəfindən işğalından söz açaraq yazır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, təcavüzkar siyasətindən əl çəkmir, yüz minlərlə azərbaycanlı məcburi köçkünün doğma yurd-yuvalarına qayıtmasına imkan vermir. Daha sonra Xocalı aeroportu mövzusuna toxunan müəllif Ermənistanın beynəlxalq hüququ, o cümlədən “Beynəlxalq mülki aviasiya haqqında” Çikaqo Konvensiyasının bir sıra müddəalarını pozduğunu qeyd edərək vurğulayır ki, BMT-nin orqanı olan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın öz hava məkanını müdafiə etməsi mövqeyini və hüququnu dəstəkləyir. Kris Pinçer bundan əvvəl aeroportun açılması məsələsi ilə bağlı öz fikirlərini söyləmiş ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın, ATƏT-in Minsk qrupunun həmsədrlərinin sözlərini sitat gətirərək bildirir ki, həmin məsələ sülh prosesinin pozulması ilə nəticələnə bilər. Məqalə müəllifi qeyd edir ki, aeroportun açılması Ermənistanın indiki dövlət başçısı Serj Sərkisyanın prezident seçkiləri ərəfəsində siyasi oyunu ola bilər, çünki İrəvanda onun populyarlığını artırmış olardı. Azərbaycanın Avropanın etibarlı tərəfdaşı kimi əhəmiyyətini vurğulayan K.Pinçer yazır ki, vəziyyətin gərginləşdirilməsi təkcə Qafqaz regionunda deyil, bütün Avropada sabitliyi poza bilər. Müəllif daha sonra yazır: “Lakin Azərbaycanın Ermənistanın planları ilə razılaşmayacağına daha bir səbəb var. Həmin aeroport elə bir yerdə yerləşir ki, burada 1992-ci il fevralın 26-da məlum kütləvi qətliam baş verib. Həmin gün Xocalı şəhərinin 613 dinc sakini erməni silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilib”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info