“Qəbələ” və “İnter” üçüncü təsnifat mərhələsində
Tarix: 25.07.2015 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Futbol üzrə UEFA Avropa Liqasındakı təmsilçilərimizdən Bakının “İnter” komandası ikinci təsnifat mərhələsi çərçivəsində cavab oyununu keçirib. “İnter” komandası “Şəfa” stadionunda İslandiyanın “Hafnarfyordur” klubunu qəbul edib.
Ukraynalı baş hakim Yaroslav Kozikin idarə etdiyi oyunun ilk hissəsinin son saniyəsində Nika Kvekveskirinin ötürməsini Abbas Hüseynov qol ilə tamamlayıb. Qarşılaşmanın ilk hissəsi “İnter”in minimal üstünlüyü ilə yekunlaşıb - 1:0. İkinci hissənin ilk dəqiqəsində İslandiya təmsilçisi hesabı bərabərləşdirib. “Hafnarfyordur” komandasının heyətində Torarinn Valdimarsson fərqlənib - 1:1. Görüşün 52-ci dəqiqəsində Kristan-Floki Finnboqasson ikinci topu “İnter”in qapısından keçirib. İki dəqiqə sonra qolun müəllifi ikinci sarı vərəqə alaraq oyundan kənarlaşdırılıb və İslandiya komandası azlıqda qalıb. Oyunun əsas vaxtı 2:1 hesabı ilə “Haynarfyordur”un xeyrinə başa çatıb. Komandalar arasında İslandiyada təşkil olunan ilk oyunda “İnter” eyni hesabla qalib gəlmişdi. Cütün qalibinin müəyyənləşməsi üçün iki on beş dəqiqədən ibarət əlavə hissə oynanılıb. Əlavə vaxtın ilk dəqiqəsində “İnter”in hücumçusu Rauf Əliyev hesabı bərabərləşdirib. Beləliklə, “İnter” - “Haynarfyordur” oyunu 2:2 hesabı ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, 4:3 hesabı ilə qalib gələn “İnter” tarixində ilk dəfə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinə yüksəlib. Növbəti mərhələdə Bakı təmsilçisinin rəqibi İspaniyanın “Atletik” (Bilbao) komandası olacaq. Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” komandası da evdə Serbiyanın “Çukariçki” kollektivini qəbul edib. “Bakcell Arena”da keçirilən oyunu çexiyalı baş hakim Radek Prjixoda idarə edib. “Qəbələ” komandasının hücumları şəraitində keçən oyunun ilk hissəsində komandamız hesabda irəli çıxıb - 1:0. Azərbaycan təmsilçisinin heyətində 39-cu dəqiqədə Sergey Zenev fərqlənib. Beləliklə “Qəbələ” klubu fasiləyə 1:0 hesabı ilə öndə yollanıb. İkinci hissə də “Qəbələ” futbolçularının rəqib qapısında təhlükəli hücumlar təşkil etməsi ilə başlayıb. Bu hücumlar 53-cü dəqiqədə öz bəhrəsini verib və S.Zenev rəqib qapısından ikinci qolu keçirərək dubla imza atıb. Bu hissədə daha sürətli oyun göstərən komandalar qapılar qarşısında bir neçə təhlükəli vəziyyətlər yaradıblar. Oyunda komandamızı əks-hücumda yaxalamağa çalışan serbiyalı futbolçuların cəhdləri boşa çıxıb. Sonrakı dəqiqələrdə komandalar qarşılıqlı hücumlar etsələr də, hesab dəyişməyib və “Qəbələ” klubu 2:0 hesabı ilə qalib gəlib. “Qəbələ”nin baş məşqçisi 70-cı dəqiqədə Samir Zərgərovun yerinə meydana Arif Daşdəmirovu, 90-cı dəqiqədə isə Aleksey Antonovun yerinə Dodonu çıxarıb. Xatırladaq ki, komandalar arasında Belqradda təşkil olunan ilk oyunda “Qəbələ” komandası 0:1 hesabı ilə məğlub olmuşdu. Beləliklə, iki oyunun nəticəsinə görə qalib çıxan “Qəbələ” klubu üçüncü təsnifat mərhələsinə adlayıb. Bu mərhələdə komandamızın rəqibi “Apollon” (Kipr) klubu olacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info