“Naxçıvan Kuboku” uğrunda beynəlxalq yarış başa çatıb
Tarix: 25.07.2015 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhərindəki Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq yarışın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Turnirin “A” yarımqrupunda Azərbaycan, İran, Gürcüstan və Özbəkistan, “B” yarımqrupunda isə Naxçıvan, Türkiyə, Qazaxıstan və Rusiya komandaları qüvvələrini sınayıblar. Qrup görüşlərinin nəticələrinə görə, Azərbaycan və Rusiya komandaları öz yarımqruplarında birinciliyə nail olublar. Final görüşündə birinci yer uğrunda Azərbaycan və Rusiya komandaları mübarizə aparıblar. Keçirilən görüşlərin nəticəsinə əsasən, Azərbaycan komandası birinci, Rusiya komandası ikinci yerin sahibi olub. Gürcüstan komandası isə həlledici mərhələdə Türkiyə komandasını məğlub edərək üçüncü yerə çıxıb. Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayev üçüncü yerin sahibi olan Gürcüstan komandasına, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov ikinci yerə çıxan Rusiya komandasına diplom və medallar təqdim ediblər. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov turnirin qalibi olmuş Azərbaycan komandasına qızıl medalları və kuboku təqdim edib. Qalib komandalarla xatirə şəkli çəkilib. Komandalara müvafiq yerlər üzrə pul mükafatları da verilib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info