Ermənistan Rusiyanın Azərbaycana satdığı silahlardan narahatdır
Tarix: 25.07.2015 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


“Bizi narahat edən məsələ Rusiyanın Azərbaycana hücum silahlarını satmasıdır”. Bunu Rusiyanın “Eksport voorujeniy” jurnalına müsahibəsində Ermənistan müdafiə nazirinin müavini, general-leytenant Alik Mirzabekyan deyib.
Onun sözlərinə görə, hücum vəzifəsini həll etməyə kömək edəcək silahlar məqsədyönlü şəkildə satılıb. “Söhbət də məhz bundan gedir. S-300 sistemlərinə gəldikdə isə heç kim bundan danışmır. Bəli, biz başa düşürük ki, onlar Avropada adi silahlar haqqında Müqavilədən çıxıblar. Bu, bizi çox ciddi narahat edir. Bu məsələdə bilavasitə silah satışı faktı yox, məhz satılan konkret silah növləri bizi narahat edir”. A. Mirzabekyan qeyd edib ki, Rusiya Azərbaycana “Smerç” reaktiv atəş sistemləri, TOS-1A ağır alovsaçan sistem, T-90 tankları, MTU-90 tank körpüsalan və digər silah növlərini satıb. Onun sözlərinə görə, bütün bunlar təkcə hücum yox, həm də seçmə silahlardır. “Hücum və əks-hücum əməliyyatları anlayışı var. Əsas operativ vəzifə müdafiə sədlərini yarmaqdır. Rusiyanın Azərbaycana satdığı silah isə buna tam uyğundur”, - deyə o vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info