“Rusiya və Çin indi biri-birinə çox lazımdır”
Tarix: 25.07.2015 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


“Rusiya və Çin arasında bərabərhüquqlu münasibətlər var və ona görə də Moskva hər hansı bir asılılığa düşməkdən ehtiyat etmir”. Bunu Rusiyanın baş naziri Dmitriy Medvedev bildirib. “RİA Novosti”nin verdiyi məlumata görə, baş nazir Rusiya ilə Çin arasında münasibətlərin iki ölkə əməkdaşlığı tarixində ən yüksək nöqtəyə çatdığını bildirib: “İndi biz biri-birimizə çox lazımıq. Bizə Çin kimi güclü, böyük bazar və pul imkanlarına malik ciddi tərəfdaş lazımdır.
Qarşılıqlı əməkdaşlıq Çin üçün də sərfəlidir. Bundan əlavə, bizim bir çox beynəlxalq məsələlərdə oxşar mövqelərimiz mövcuddur”. Rusiyanın hökumət rəhbəri bildirib ki, əməkdaşlıq üçün Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS kimi əhəmiyyətli platformalar yaradılıb: “Burada heç bir təhrif yoxdur. Bəzi hallarda məndən Qərbdən üz çevirərək Asiyaya, Sakit okeana üz tutmağımız barədə soruşurlar. Mən bir daha təkrar edirəm, biz həmişə Asiyada olmuşuq. Lakin indi şərait özü bizi bu regionla əməkdaşlığı intensivləşdirməyə məcbur edir”.
Hazırda Çinlə müqayisədə Rusiya iqtisadiyyatının o qədər də yaxşı dövrünü yaşamadığını qeyd edən baş nazir bir daha Rusiyanın Avropa Birliyi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu və tranzit ölkə potensialından Avropa ilə Çin arasında əməkdaşlıq üçün istifadə edə biləcəyini deyib. O, üçtərəfli layihələrin həyata keçirilməsi reallığını da istisna etməyib: “Ümumiyyətlə, Çindən Avropaya uzanan yol Rusiyadan yan keçə bilməz. Ona görə də bu üstünlüklərdən Avropa Birliyi və Çin Xalq Respublikası ilə yanaşı, digər tərəfdaş ölkələr da yararlana bilər”. Rusiya-Çin strateji tərəfdaşlığının bütün istiqamətlərdə inkişafını qeyd edən baş nazir iki ölkə arasında iqtisadi sahədə də münasibətlərin yüksəlişdə olduğunu xüsusi olaraq nəzərə çatdırıb. O, bir daha bəyan edib ki, bu vəziyyət Avropa ilə də əlaqələrin əhəmiyyətini azaltmır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info