“QHT-lər nöqsanların aşkarlanmasında fəal olmalıdır”
Tarix: 25.07.2015 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


“Ciddi təhlillər, araşdırmalar aparmalıyıq, maarifçilik işləri görməliyik. İclasda səslənən hər bir fikrin real həyatda icrası naminə vətəndaş cəmiyyəti olaraq bu ölkənin maraqları, inkişafı naminə öz töhfəmizi verməliyik”

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev bildirib ki, sahibkarlığın inkişafı daim diqqət mərkəzində olmalıdır: “Sahibkarlığın inkişafı ilə bağlı biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın.
Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb”. Bununla yanaşı, ölkə başçısı bu sahədə mövcud problemlərin olduğunu və onların tezliklə aradan qaldırılmasının vacibliyini bildirib. Cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri də ölkə başçısı tərəfindən səsləndirilən bu fikirlərin tamamilə doğru və həlli vacib məsələ olduğunu bildirirlər. “Konstitusiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirdi ki, Sahibkarlığa Kömək Fondu xətti ilə 6 ay ərzində 2 min 972 sahibkara 96 milyon manat həcmində güzəştli kredit verilib ki, bu da çox böyük rəqəmdir: “Hesab edirəm ki, bu, sahibkarlar təbəqəsinə yeni şəxslərin daxil olmasına əlavə imkan verir, sahibkarların imkanlarını daha da genişləndirir. Mən düşünürəm ki, ümumiyyətlə, ölkənin gələcək davamlı inkişafı, ölkə başçısının qeyd etdiyi kimi, rəqabət qabiliyyətinin artırılması hər şeydən əvvəl sahibkarlığın hansı formada inkişafı ilə sırf bağlıdır. İndi qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Bu sektorda inkişaf üçün ən böyük töhfəni sahibkarlığın inkişafı verəcək. Bu baxımdan da ölkə başçısının zaman-zaman sahibkarlığın inkişafı ilə bağlı söylədiyi fikirlər, qəbul etdiyi qərarlar, fərmanlar, sərəncamlar, sahibkarlıq mühitinin daha da yaxşılaşmasına imkan verəcək. Son müşavirədən sonra bəzi yerli qurumlar, digər vergi orqanları tərəfindən yol verilən qanunsuzluq halları tamamilə yığışdırılacaq. Çünki ölkə başçısı qəti olaraq söylədi ki, “bu, dözülməz haldır, buna son qoyulmalıdır, əgər hesab edirlərsə, bunu heç kim bilmir, mənim hər bir məsələ ilə bağlı ətraflı məlumatım var. Bəzi yerlərdə bu, kütləvi xarakter alıb. Sahibkarlara göstəriş verirəm ki, mənə məlumat versinlər. Xoşagəlməz hallara yol verənlər öz cəzalarını alacaqlar”.
Ə.Nuriyevin sözlərinə görə, bu tədbirlər struktura nəzarət edən qurumların fəaliyyətinin yenidən qurulmasına, eləcə də onların məsuliyyətinin daha da artırılmasına gətirib çıxaracaq: “ İclasda da çox doğru vurğulandı ki, ölkənin inkişafı sahibkarlıq hesabına ola bilər. Əgər kimsə sahibkarlığı boğursa, məcbur olurlar ki, onlara məxsus olan müəssisələrin qapısına qıfıl vurub getsinlər. Prezident aydın şəkildə ifadə etdi ki, bu şəxslər dövlətə xəyanət edir. Doğrudan da, bu cür qiymətləndirmə həmin qurumlar, vəzifəli şəxslər, bu sahədə fəaliyyət göstərən şəxslərin özlərini yığışdırması üçün ciddi bir siqnaldır. Hesab edirəm ki, bu fəaliyyət davam edərsə həmin şəxslərin məsuliyyətə cəlb edilməsi prosesi olacaq”. Ə.Nuriyev onu da bildirdi ki, digər tərəfdən vətəndaş cəmiyyəti olaraq Prezidentin çağırışlarına öz töhfəmizi verməliyik: “Biz, QHT-lər, vətəndaş cəmiyyəti yerlərdə olan bu siqnallarla bağlı məlumatları müvafiq qurumlara vaxtında çatdırmalıyıq. Bundan başqa, müşavirədə səslənən fikirlərlə bağlı bizim geniş fəaliyyət istiqamətimiz yaranıb. Bir tərəfdən sahibkarların bu məsələ ilə bağlı maarifləndirilməsi, eləcə də dövlət qurumlarına baş verən neqativ hallarla bağlı vaxtında məlumatların çatdırılması, onların bu istiqamətdə məsuliyyətli olması istiqamətində fəaliyyətimizi davam etdirməliyik. Bütövlükdə sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində tapşırıqlara uyğun olaraq vətəndaş cəmiyyəti olaraq üzərimizə düşəni etməliyik. Ciddi təhlillər, araşdırmalar aparmalıyıq, maarifçilik işləri görməliyik. İclasda səslənən hər bir fikrin real həyatda icrası naminə vətəndaş cəmiyyəti olaraq bu ölkənin maraqları, inkişafı naminə öz töhfəmizi verməliyik. Prezidentin bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrasına diqqətlə yanaşılmalıdır”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info