TÜRKPA-nın baş katibi ATƏT-in Daimi Şurasında çıxış edib
Tarix: 25.07.2015 | Saat: 01:43:00 | E-mail | Çapa göndər


Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Jandos Asanov ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında iştirak edib. TÜRKPA-dan bildiriblər ki, Jandos Asanov Daimi Şurada çıxış edərək qurumun fəaliyyəti, gələcək vəzifə və məqsədləri haqqında
məlumat verib,

ATƏT və onun qurumları ilə dialoqları davam etdirmək niyyətində olduqlarını vurğulayıb. Baş katib, həmçinin qeyd edib ki, türk əməkdaşlığının parlament ölçüsü olaraq, Assambleya ATƏT ilə üzv ölkələrdə sabit və davamlı inkişafın təmin edilməsinə yönəlmiş eyni məqsəd və prinsipləri bölüşür. Baş katib çıxışında TÜRKPA-nın Bakıda keçirilən birinci Avropa Oyunlarına göstərdiyi mənəvi dəstəkdən də danışıb. Bildirib ki, bu, Avropa idman icmaları arasında dostluq və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə dəstək verən dünya miqyaslı möhtəşəm idman hadisəsi idi. Yeni inşa edilmiş idman məkanlarında keçirilən Oyunlar 6 mindən çox avropalı atleti bir araya gətirdi. Qonaqlar, həmçinin ev sahibi Azərbaycanın zəngin mədəni və tarixi irsinə nəzər yetirmək imkanı da əldə etdilər. “Çox sevindirici haldır ki, qısa zaman kəsiyində TÜRKPA-nın qurucu üzvlərindən və ATƏT-in fəal iştirakçı dövlətlərindən biri belə böyük və nəcib vəzifənin öhdəsindən gələ bildi”, - deyə Jandos Asanov vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info