Tacikistan DİN: “İŞİD” Ramazan ayında ölkədə terror aktları planlaşdırmışdı”
Tarix: 25.07.2015 | Saat: 01:44:00 | E-mail | Çapa göndər


Tacikistanda "İslam dövləti" terror qruplaşmasının Ramazan ayında ölkədə törətməyi planlaşdırdığı terror aktlarının qarşısı alınıb.
Tacikistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silsilə terror aktları törətməkdə şübhəli bilinən Düşənbə sakini, 1990-cı il təvəllüdlü Rəcəbəli Babacan adlı şəxsi saxlayıb. R. Babacan sosial şəbəkələrin birində yazıb ki, hazırda "İslam dövləti" terror qruplaşmasının tərkibində Suriyada döyüşən Tacikistan vətəndaşı ilə tanış olub, əmrlərini qeyd-şərtsiz yerinə yetirəcəyini vəd edib. Dindirmə zamanı o bildirib ki, Ramazanın son ongünlüyündə 10 milis bölməsini partlatmaq niyyətində olub. Tacikistan Daxili İşlər Nazirliyindən həmçinin bildiriblər ki, bir gün ərzində R. Babacan Kulyab, Düşənbə, Fayzabad və Qarma şəhərlərinin hərəsində 3 partlayış törətməyi planlaşdırırmış. Əməliyyat zamanı həmçinin 39 yaşlı Sədrəddin Rəcəbov adlı şəxs saxlanılıb. O, R. Babacanın yardımçısı olub və “İŞİD” terror qruplaşmasının tərkibində döyüşmək üçün Suriyaya getməyi planlaşdırıb.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info