Azərbaycan və Türkiyə geotermaldan elektrik enerjisi istehsal edəcək
Tarix: 27.07.2015 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


“Turcas Petrol” şirkəti "Azalternativenerji" MMC ilə etdikləri əməkdaşlıq çərçivəsində geotermal enerjidən elektrik enerjisi istehsal edəcək.
Türkiyənin “Sabah” qəzetinin verdiyi məlumata görə, bu barədə “Turcas Petrol” şirkətinin İdarə Heyətinin sədri Batu Aksoy açıqlama verib. “Hədəfimiz 2017-ci ildən etibarən geotermal enerjidən elektrik istehsal etməkdir”, - deyə B.Aksoy bildirib. B.Aksoy həm Türkiyədə, həm də Azərbaycanda bərpa olunan enerji sektoruna investisiya yatırmağı planlaşdırdıqlarını bildirib.
“İlk mərhələdə Türkiyənin Ege bölgəsindəki Aydın şəhərindəki geotermal enerji stansiyası layihəsinə 65 milyon dollar həcmində investisiya yatırmağı planlaşdırırıq”, - deyə B.Aksoy bildirib.
Qeyd edək ki, iyulun 21-də “Turcas Petrol” və "Azalternativenerji" arasında niyyət protokolu imzalanıb. Protokola əsasən, hər iki şirkət Türkiyə və Azərbaycanda günəş, külək və geotermal mənbələrə əsaslanan enerji stansiyalarına investisiya yatırmaq üçün əməkdaşlıq edəcək və birgə layihə həyata keçirəcək.
Protokol imzalandığı tarixdən etibarən 3 il ərzində qüvvədə olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info