DB ölkəmizdə yeni enerji layihəsinin reallaşdırılmasına başladı
Tarix: 27.07.2015 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Dünya Bankı (DB) “Azərişıq” ASC ilə birgə reallaşdırılan layihə çərçivəsində Azərbaycanda enerji infrastrukturlarının vəziyyətinin öyrənilməsinə başlayıb.
Bu barədə DB-nin Bakı ofisindən məlumat verilib.
Məlumatda deyilir ki, missiyaya DB-nin energetika sahəsindəki aparıcı eksperti Salvador Rivyera başçılıq edəcək: “Hazırda missiya nümayəndələri ölkənin müxtəlif rayonlarında yerləşən enerji obyektlərinin vəziyyətini qiymətləndirir”.
Bankdan qeyd edilib ki, DB ekspertləri Azərbaycana bu həftə gəlib və iyulun 26-dək ölkədə olacaqlar: “Azərbaycanın energetika sisteminin vəziyyəti ilə bağlı ekspertlərdə rəyin formalaşması üçün bir həftə kifayətdir”.
DB Azərbaycanda enerji təchizatı üzrə layihənin hazırlığını tezləşdirmək qərarına gəlib.
Hazırda layihə ilə bağlı işlər ilkin mərhələdədir. Layihənin parametrlərini müəyyənləşdirmək üçün DB ekspertlərinə bir neçə ay lazım olacaq, bundan sonra maliyyə həcmlərinin müzakirəsi başlayacaq.
Layihə çərçivəsində ölkədə enerji infrastrukturunun keyfiyyətinin təkmilləşdirilməsi, həmçinin “Azərişıq” ASC-nin maliyyə sabitliyinin yaxşılaşdırılması nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Ölkədəki fərdi sahibkarların sayı 842 mini ötüb
22.01.2019
Azərbaycanda FAO ilə birgə 4 layihənin icrasına başlanılacaq
22.01.2019
Əhalinin banklardakı pulları artır
22.01.2019
FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılış mərasimi keçirilib
22.01.2019
Kənd təsərrüfatı məhsulunun ümumi həcmi 4,6 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info