Ərdoğan və Putin “İŞİD”lə mübarizəni müzakirə ediblər
Tarix: 27.07.2015 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Kremlin saytında yer alan məlumata görə, liderlər terrorçu “İŞİD” təşkilatından gələn təhlükələrlə mübarizə sahəsində ikitərəfli və çoxtərəfli koordinasiyanın daha da gücləndirilməsi məsələsini müzakirə ediblər.
Prezidentlər qeyd ediblər ki, terrorun və ekstremizmin yayılmasının qarşısının alınmasında uğur əldə etmək üçün bütün maraqlı dövlətlərin beynəlxalq hüquqi əsaslarla səylərini konsolidasiya etməsi vacibdir.
Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Putin və Ərdoğan həmçinin Yaxın Şərq, əsasən də Suriya və İraqdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edək ki, iyulun 20-də Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində terror aktı törədilib. Nəticədə 32 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. İstintaqın məlumatına görə, terror aktını 20 yaşlı Şeyx Əbdürrəhman Alagöz törədib. Türkiyə hakimiyyəti partlayışın İŞİD tərəfindən təşkil edildiyini açıqlayıb.
Bunun ardınca Türkiyə Hərbi Hava Qüvvələri İŞİD-in Suriya və İraqdakı hədəflərinə aviazərbələr endirib.
Eyni zamanda Türkiyə hökuməti İŞİD-in mövqelərinə hava zərbələri endirmək üçün Adanadakı İncirlik hərbi bazasını ABŞ Hərbi Hava Qüvvələrinin ixtiyarına verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir
17.06.2019
Latviyanın bütün ali məktəblərində tədris latış dilində olacaq
16.06.2019
Əkrəm İmamoğlu və Binali Yıldırım canlı debatda
16.06.2019
Çin liderindən Ərdoğana gözlənilməz təklif

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info