Türkiyədə oxuyan tələbəmiz Castin Makkarti ilə görüşüb
Tarix: 27.07.2015 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Xaricdə təhsil alan tələbələrimiz artıq Azərbaycanın yeni gücünə çevriliblər. Onlar oxuduqları ölkələrdə uğurlu təhsil almaqla yanaşı, ictimai-siyasi proseslərdə də aktiv iştirak edirlər. Amma çox təəssüf ki bəzən bu gənclərimizin fəaliyyətləri ya cəmiyyətə az çatdırılır ya da ümumiyyətlə media onların uğur və fəaliyyətlərindən gec xəbərdar olur.
Aktiv tələbələrimizin cəmləşdiyi ölkələrdən biri də qardaş Türkiyədir. Burada xeyli sayda tələbələrimiz var ki, onlar Azərbaycan həqiqətlərini çatdırmaq və təbliğ etmək üçün müəyyən tədbirlər təşkil edir, konfranslara qatılır və ya tanınmış şəxslərlə görüşlər keçirirlər. Buna misal olaraq bu il may və iyun aylarının Türkiyənin Qars şəhərində təhsil alan azərbaycanlı tələbələr üçün əlamətdar tədbirlərlə yadda qalmasını göstərmək olar. Mayın 21-də Amerikanın “Louisville” universitetinin professoru məşhur tarixçi Castin Makkarti (Justin McCarthy) 2 İyun tarixində isə Azərbaycan Respublikasının Ankaradakı səfirliyi təhsil müşaviri Nəcibə Nəsibova ilə görüş keçirilib. Qars Universitetinin 4-cü kurs tələbəsi, bu universitetin Politologiya fakültəsində təhsil alan azərbaycanlı gənc Rauf Binnətov da Castin Makkarti ilə olan görüşdə iştirak edib. Onun sözlərinə görə, görüşdə məşhur tarixçiyə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları ilə bağlı sual ünvanlanıb. Amerikalı professor ünvanlanan suala Dağlıq Qarabağin tarixi Azərbaycan torpağı olduğunu, işğal altında olan torpaqların qaytarılması vacibliyini vurğulayıb.
Qeyd edək ki, Castin Makkarti ermənilərin 1-ci dünya müharibəsi zamanı 2 milyon müsəlman türkü öldürdüyünü faktını üzə çıxaran və qondarma soyqırımın yalan olduğunu faktlarla ortaya qoyan ermənilərin yalanın ifşa edən insanlardan biridir.
Xatırladaq ki, Amerikalı professor elə iyun ayında Vyanada fəaliyyət göstərən “Bilirdinizmi?” (“Did You Know”) dərnəyində təşkil olunan toplantıda “Ermənilər terror və cinayətlərdən vasitə kimi istifadə edirlər” mövzusunda məruzə ilə çıxış etmişdi. Birinci Dünya müharibəsində Osmanlı dövlətinin Balkanlarda, Yaxın Şərqdə və Qafqazda hərbi təcavüzlərə qarşı döyüşlər apardığını diqqətə çatdıran C.Makkarti bildirmişdi ki, 1912-1921–ci illərdə Osmanlı ərazisində baş verən hərbi qarşıdurmalarda üç milyon müsəlman, yüz min erməni həlak olub. O, tarixi faktlara istinad edərək bildirib ki, ermənilər uydurduqları yalanlardan doğan məqsədlərə çatmaq üçün terror və cinayətlərdən vasitə kimi istifadə edirlər.
Saxta erməni soyqırımı iddialarına münasibət bildirən professor Castin Makkarti deyib: “Bu, tamamilə yalandır. “Soyqırımı”na məruz qaldıqları iddia edilən ermənilərin sayı o dövrdə yaşamış bütün ermənilərin sayından qat-qat artıq göstərilir. Digər tərəfdən, xəstəlik, aclıq və digər səbəblərdən ölən insanları qətlə yetirilmiş kimi təqdim etmək ədalətsizlikdir. Müharibə vəziyyətinin doğurduğu aclıq, xəstəlik və səfalət nəticəsində o vaxt müsəlmanlar ermənilərdən dəfələrlə çox itki veriblər”.
Amerikalı alim salondakı erməni əsilli iştirakçıların bütün təxribatçı suallarına tutarlı cavablar da verib.
Türkiyəli diplomat Əmrə Qaragöl auditoriyanı ermənilərin türk diplomatlarına qarşı törətdikləri kütləvi terror aktları barədə məlumatlandırıb. O deyib ki, təkcə Vyanada üç türk diplomat erməni terrorçuları tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Rauf Castin Makkartinin bu kimi fəaliyyətinə görə təkcə xaricdə təhsil alan tələbələrimiz arasında deyil, ümumilikdə bütün azərbaycanlılar arasında xüsusi hörmətə malik olduğunu dedi. O, həqiqəti belə cəsarətlə deyən tarixçilərin Azərbaycan üçün xüsusi önəmə malik olduğunu düşünür. Gənc tələbəmiz sonda onu da dedi ki, bu kimi görüşlər mütəmadi keçirilir və tələbələrimiz də belə tədbirlərə aktiv qatılırlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info