Real aləmdə “Ələt”i keçə bilməyənlər...
Tarix: 31.01.2013 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Radikal müxalifət sosial şəbəkələrdən
hansı məqsədlə istifadə edir?

Sosial şəbəkələr artıq cəmiyyət həyatının bir hissəsinə çevrilib. Bu virtual məkandan ünsiyyət qurmaq məqsədilə istifadə edənlər də var, hansısa informasiya əldə etmək istəyənlər də. Son dövrlər isə sosial şəbəkələr siyasi təbliğat məkanı olaraq da istifadə olunur. Əslində dünya təcrübəsində siyasətdə sosial texnologiyalardan istifadə normal haldır və adətən, bu texnologiyalardan aktiv istifadə edən siyasilər daha çox xal qazanmış olurlar.

Lakin sosial şəbəkələrin azad olması heç kimə burda təhqirə yol verməyə, yaxud dezinformativ addımlar atmağa haqq qazandırmır. Azərbaycanın siyasi mühitində isə “bu haqqı özlərinə qazandıranlar” müxalifətin radikal kəsimidir ki, bu düşərgə virtual məkandan daha çox özlərinin təbliği və bir-birinə qarşı təhqir dolu ittihamları üçün istifadə edir. Maraqlıdır ki, radikal müxalifətin sosial şəbəkələrə axını 2 il öncə, ərəb dünyasında baş verən inqilablardan sonra başladı. Çünki hazırda istifadəçilərinin yüksək faizini gənclər təşkil edən sosial şəbəkələrin insanlar arasında ünsiyyət vasitəsi rolunu oynaması ilə yanaşı, siyasi proseslərə təsir, istifadəçilərin müəyyən istiqamətdə yönləndirilməsi funksiyasını daşıdığı ortadadır. Bu fikri ərəb ölkələrində baş verənlər bir az da qüvvətləndirdi. Belə ki, əvvəlcə sosial şəbəkələrdə başlayan etiraz xarakterli müzakirələr sonradan meydanlarda nəticələr verməyə başladı. Ərəb ölkələrində baş verənlərin müəyyən sosial səbəbləri olduğunu nəzərə alsaq, bunun üzərində o qədər də dayanmaq fikrimiz yoxdur. Əsas məsələ Azərbaycanın radikal müxalifətinin bu proseslərdən sonra “ərəbləşməsi” idi. Özlərini məhz ərəblərə oxşadaraq belə inqilabların tezliklə bizdə də baş verəcəyini dilə gətirən radikal müxalifət kiçik xarakterli aksiyalar təşkil etsə də, ilk növbədə ictimaiyyətin qınağına tuş gəldilər. Küçələrdə heç nəyə nail ola bilmədikdə isə onların üz tutduğu məkan sosial şəbəkələr oldu.
Müxalifətin virtual aləmdə hansı fəaliyyətlə məşğul olması və sosial şəbkələrdən hansı məqsədlər üçün istifadə etməsinə gəlincə, bunu bir neçə hissəyə ayırmaq olar. Belə ki, ilk növbədə təbliğat üzərində dayanmalıyıq. Çünki radikal müxalifətin kurasiyasında kiçik, barmaqla sayılacaq qədər elektorat, bir neçə qəzet və internet saytından başqa heç nə yoxdur. Ən əsası isə xalq kütlələrinin dəstəyindən məhrum olan bu düşərgə üçün sosial şəbəkələr təbliğat vasitəsi kimi “göydəndüşmə” oldu. Digər maraqlı məqamsa, bu qüvvələrin Azərbaycanda internetin azad olmaması ilə bağlı yanlış, bir az da qərəzli ittihamlarına rəğmən azad internetdən gen-bol istifadə etməsidir. Gülməli olansa onların ölkənin internet məkanında “oturub” internetin azad olmamasını deməsidir. Təbii ki, bu formada ittihamlar ilk növbədə özlərinin təbliğ olunmasına istiqamətlənib. Digər tərəfdən, fəaliyyəti ilə “Ələt”i keçə bilməyən radikal müxalifətin bütün fəaliyyətinin “status”larla bitməsidir. Yəni bu qüvvələr sosial şəbəkələrdə “maraqlı” və “sensasion” statuslar yazmaqla “geniş siyasi fəaliyyət”lə məşğul olduqlarını əsas gətirməyə çalışır. Həmçinin radikalların ən böyük ümidlərindən biri sosial şəbəkələrin daimi “sakinləri” olan gəncləri öz tərəflərinə çəkməkdir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın güclənməsini, inkişafını həzm edə bilməyən qüvvələr tərəfindən idarə olunanların sadəcə sosial statuslardan uzağa getməyən fəaliyyəti ölkə gəncliyini cəlb etmir. Təsadüfi deyil ki, Azərbaycan gəncliyi təxribatlar yaratmağa çalışan, ortaya real, güclü bir platforma qoya bilməyən bu qüvvələrin arxasınca getmir və onları qəbul etmir.
Radikal müxalifətin sosial şəbəkələrdəki “fəaliyyətinin” digər hissəsi müxalifət düşərgəsindəki digər partiyaların, yəni aralarında qarşıdurma və ziddiyyətlərin yaşandığı partiyaların bir-birilərini gözdən salması, mətbuatda deyə bilmədiklərini virtual aləmdə daha çox təhqir şəklində “çatdırmasıdır”. Halbuki nəticə etibarilə, bu qüvvələrin status və şərhlərinin əksəriyyətini təhqirlər təşkil edir.
Bu qüvvələrin sosial şəbəkə “macəralarının” ən maraqlı tərəfi onların virtual seçki və ya rəy sorğuları keçirməsidir. Bu “macəra” daha çox cəbhəçilər və müsavatçılar arasında yaşanır. Belə ki, AXCP üzvləri “virtual seçkilərlə” Əli Kərimlini, Müsavat üzvləri isə İsa Qəmbəri müxalifətin ən güclü siyasətçisi olaraq təqdim edirlər. Hazırda bu iki partiya arasında bitməyən real savaş, virtual savaşla da aparılır. Bütün bunlarsa radikal müxalifətin sosial şəbəkələrdən “sosiallaşmaq” üçün deyil, siyasi məqsədlər üçün istifadə etdiyini ortaya çıxarır.
Digər tərəfdən isə virtual aləmdə aktiv olan bu qüvvələrin real aləmdə sosial bazasının olmadığı bir daha aydın olur...
Asif CƏLALOĞLU




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info