Muxtar respublikada neft və maye qaz məhsullarına olan tələbat tam ödənilib
Tarix: 27.07.2015 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında qarşıya qoyulan vəzifələr və 2015-ci ilin birinci yarısının yekunları ilə bağlı yığıncaq olub.(AZƏRTAC)
Yığıncağı müəssisənin direktoru Behruz Əzimov açıb. Qeyd edilib ki, 2015-ci ildə muxtar respublika əhalisinin, idarə, müəssisə və təşkilatların neft və maye qaz məhsullarına olan tələbatını təmin etmək məqsədilə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə 36 min ton A-92 benzini, 60 min ton dizel yanacağı, 17 min ton bitum, 7 min ton mazut, 1100 ton müxtəlif yağlar, 5000 ton maye qaz alınması üçün müqavilə bağlanılıb. Bağlanılan müqaviləyə əsasən, 2015-ci ilin ilk 6 ayı ərzində adıçəkilən təşkilatdan 15 min 12,9 ton A-92 benzini, 24 min 489,5 ton dizel yanacağı, 3957,2 ton bitum, 102,4 ton müxtəlif yağlar, 135 ton maye qaz gətirilib.
Müəssisə 2015-ci ilin ilk 6 ayında ümumi dövriyyəsi 29669,3 min manat olan 44069,6 ton müxtəlif növ neft məhsulları satıb ki, bu da 15 min 531,6 ton avtobenzin, 25 min 20,6 ton dizel yanacağı, 3350,8 ton bitum, 64 ton maye qaz, 102,4 ton müxtəlif növ yağlardan ibarətdir. Birinci yarımil ərzində müəssisə satışdan 203,9 min manat mənfəət əldə edib.
Bildirilib ki, bu dövrdə boruların, nasosların, elektrik avadanlıqlarının, müəssisəyə yanacaq daşıyan avtomaşınların saz vəziyyətdə olması diqqət mərkəzində saxlanılıb, yanacaq ehtiyatı yaradılıb. Belə ki, 2015-ci il iyul ayının 1-nə müəssisənin anbarlarında 1851,5 ton A-92 benzini, 2022 ton dizel yanacağı, 3520 ton mazut, 606,4 ton bitum, 128 ton maye qaz ehtiyatı vardır.
Məruzə ətrafında müzakirələrdə çıxış edən müəssisənin neft anbarının müdiri Mirmehdi Seyidov, maye qaz anbarının müdiri Kazım Rzayev və başqaları qarşıda duran vəzifələrdən danışıblar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Sabaha olan hava proqnozu açıqlanıb
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info