Biznesin təşkili ilə bağlı vətəndaşlara hüquqi xidmətlər göstərilib
Tarix: 27.07.2015 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


"Elitar Gənc Biznesmenlər Mərkəzi" İctimai Birliyi 2005-ci ildə təsis edilib, dövlət qeydiyyatından keçib, bir neçə hotel biznesiylı bağlı layihələr keçirib, mütəmadi bizneslə bağlı maarifləndirmə və konsultasiya keçirib.Təşkilatın rəhbəri Tural Əliyev bizə açıqlamasında bildirdi ki, sonuncu layihə hazırda Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Biznesin təşkili və idarə olunması ilə bağlı vətəndaşlara hüquqi xidmətlərin göstərilməsi"adlı layihədir: “Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Elitar Gənc Biznesmenlər Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Biznesin təşkili və idarə olunması ilə bağlı vətəndaşlara hüquqi xidmətlərin göstərilməsi” layihəsi başa çatıb. Biznesin qurulması və idarə olunmasında vətəndaşları hüquqi zəmindən maarifləndirmək, bizneslə bağlı hüquqi məsləhətlər vermək, xidmətlər göstərmək layihənin əsas məqsədi kimi qarşıya qoyulmuşdu.
Layihə çərçivəsində Bakı şəhərində gənclərdən ibarət iki qrup formalaşdırılıb. Hər qrup üçün nəzərdə tutulmuş proqram üzrə 10 təlim-seminar keçirilib. Təlim-seminarlarda əsas diqqət iştirakçılara fərdi sahibkar kimi biznesin qeydiyyatdan keçirilməsi, kommersiya hüquqi şəxslər yaradılması, vergi qanunvericiliyi, biznes plan, marketinq strategiyası hazırlanması, güzəştli kredit proqramları ilə bağlı bilik və bacarıqların öyrədilməsi olub.
Təlim-seminarlarda, həmçinin qrup məşğələləri keçirilib və iştirakçılar qruplar şəklində təlimçinin tapşırığına əsasən biznes-planın ilkin variantını hazırlayıb təqdim ediblər. Eyni zamanda qruplarda marketinq strategiyasının hazırlanması da sınaqdan keçirilib.
İştirakçıların istəyi ilə əmək qanunvericiliyi, əmək müqaviləsi, işə götürən iş adamı, şirkətlə əməkdaşlaq, muzdla çalışanların vəzifə və öhdəlikləri, məsuliyyətləri, əməkdaşların mükafatlandırılması ilə bağlı məsələlərə də aydınlıq gətirilib. Bu münasibətlərin hüquq müstəvisində tənzimlənməsi ilə bağlı konkret nümunələr göstərilib.
Təlimlər zamanı kiçik və orta biznesin növləri də təhlil olunub, lisenziya və icazələrlə bağlı da məlumat verilib.
Layihənin uğurlu yekunu kimi üç ay ərzində 20 nəfər gənc biznesin qurulması və idarə olunması ilə bağlı bilik və bacarıqlar öyrəndi, bu məsələlərlə bağlı müvafiq maarifləndirci materilallarla təmin olundular”.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info