Masallıda gənclər yeni mediada informasiya təhlükəsizliyi ilə bağlı bilgiləndirildilər
Tarix: 27.07.2015 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Gənclərin sosial və internet mediasında milli təhlükəsizliyə zidd informasiyaların yayılmasına qarşı səfərbər edilməsi” layihəsi çərçivəsində internetdə və sosial şəbəkələrdə aktiv olan, amma milli təhlükəsizliyi təhdid edən informasiyaların ayırd edilməsində çətinliklərə rast gələn yeniyetmə və gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün “Yeni mediada informasiya təhlükəsizliyi məsələləri ilə bağlı düzgün iştirak” mövzusunda növbəti təlimlər keçirib. İctimai birlikdən verilən məlumata görə, bu dəfə təlimlər Masallı rayonunda, rayonun Gənclər Mərkəzində keçirilib. Təlimin açılışında vətəndaş cəmiyyəti institutlarının, eləcədə medianın nümayəndələri də iştirak və çıxış ediblər. Yeni media üzrə mütəxəssis Xaqani Səfəroğlunun təlimçi kimi çıxış etdiyi təlimlərdə 20-yə qədər yeniyetmə və gənc iştirak edib. Bu yeniyetmə və gənclər Masallı rayonunun müxtəlif məktəblərini və müəssisələrini təmsil ediblər. Burada gənclərə milli təhlükəsizliyi təhdid edən informasiyaların ayırd edilməsi, yayılmasının qarşısının alınması ilə bağlı biliklər, ictimai və hüquqi məsuliyyət hissinin inkişafı, artırılması və formalaşması baxımından bilgilər və vərdişlər aşılanıb. Onlara bu barədə mövcud olan mənbələr, qanunvericilik və hüquqi tənzimləmələr və etik davranış qaydaları izah edilib və göstərilib.
Qeyd edək ki, bundan əlavə, Bakıda da sözügedən mövzuda təlimlər təşkil edilib, həmçinin layihə çərçivəsində, Bakı Slavyan Universitetində “Jurnalistika ixtisasına yiyələnmək istəyən gənclərin yeni mediada milli təhlükəsizliyi təhdid edən informasiyalarla bağlı bilgiləndirilməsi” mövzusunda təlimlər keçirilib. Bundan başqa, mövzu ilə bağlı kitabça nəşri və həmçinin, “yenimedia.info” saytının layihə çərçivəsində təkmilləşdirilməsi də planlaşdırılır.





 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info