Azərbaycan və Pakistan arasında aviareys açılır
Tarix: 27.07.2015 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Azərbaycan və Pakistan arasında aviareys açılır. “Türk Hava Yolları” (THY) aviaşirkətinin təyyarələri avqustun 12-dən İslamabad-Bakı-İstanbul marşrutu üzrə uçuş həyata keçirəcək. Bunu Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib.
Əldə edilmiş üçtərəfli razılaşmaya əsasən, reys həftədə iki dəfə - bazar ertəsi və cümə günləri - THY-nin təyyarələri tərəfindən həyata keçiriləcək. Reysin biletlərinin qiyməti təqribən 600-650 dollar, uçuşun müddəti isə təxminən 3 saat olacaq.
Aviaresyin bərpa edilməsi barədə razılıq Pakistan Prezidenti Məmnun Hüseynin bu ilin martında Azərbaycana rəsmi səfəri zamanı əldə edilmişdi.
Səfir bildirib ki, Prezident M.Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bu təşəbbüslə çıxış edib: “Azərbaycan Prezidenti İlham Əliyev təşəbbüsü dəstəkləyib”.
Mövcud İstanbul-İslamabad aviareysinin Bakıyadək uzadılması məsələsi Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə də müzakirə olunmuşdu.
D.Şikarov qeyd edib ki, aviareysin açılması iki ölkənin turizm sahəsində əməkdaşlığının inkişafına yardım edəcək: “Pakistan xalqı Azərbaycanı sevir. Birinci Avropa Oyunlarında pakistanlıların yerli telekanallarının yayımladığı veriliş və çarxlar vasitəsilə ölkəmizlə daha yaxından tanış olmaq imkanı var idi və çoxları Azərbaycana səfər etmək arzusunu bildirib. İndi onların belə imkanı yaranıb”.
Onun sözlərinə görə, aviareysin açılması iki ölkənin iqtisadi əlaqələrinə də xidmət edəcək
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
18.02.2019
Sahil Babayev Sabirabad rayonunda 4 şəhər və rayonun sakinləri ilə görüşəcək
18.02.2019
Yaxın günlərdə Azərbaycanda ilk “DOST” mərkəzi açılacaq
18.02.2019
“ASAN xidmət”in səyyar avtobusunun növbəti dayanacağı Biləsuvar olub
18.02.2019
Bu günədək 3758 şəhid üzrə 5144 vərəsəyə birdəfəlik ödəmə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info