Leyla Yunus ənənəvi söyüş vərdişini yenə göstərdi
Tarix: 27.07.2015 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Leyla Yunus iş üzrə zərərçəkmiş Rəna Səfəralıyevanın nümayəndəsi Şöhrət Allahmanovun prosesdən kənarlaşdırılması barədə vəsatət verib. L. Yunus Ş. Allahmanova təhqiramiz sözlər deyib, müxtəlif söyüşlər səsləndirib. O, vəsatətə münasibət bildirən dövlət ittihamçısının da çıxışına maneçilik törədib, prosesdə səs-küy salıb.
Xatırladaq ki, o həbs olunmamışdan əvvəl də bir neçə dəfə söyüşləri ilə gündəmə gəlmişdi. Hətta özünü ziyalı sayan bu qadının qalmqala səbəb olan rusca işlətdiyi söyüşlərin birinə reaksiyası da belə olmuşdu ki, “mən söyəndə də rus dilində söyürəm!”
Bu dəfə isə məhkəmədə hay küy salmaqla diqqəti əsas məsələdən yayındırmağa çalışan Leyla Yunus buna nail ola bilməyib. Belə ki, ona kəskin reaksiya verilməyib, hakim Leyla Yunusun hərəkətlərini məhkəməyə hörmətsizlik kimi dəyərləndirib və bu barədə protokola qeyd edilib.
Arif Yunusun vəkili Əfqan Məmmədov isə müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlə çıxış edib. Hər iki vəsatət təmin olunmayıb.
Bundan sonra məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamnaməyə əsasən, Yunusova Leyla İslam qızı Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumla Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcə də Karen Ohancanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən “Jurnalist Araşdırmaları” qeyri-hökumət təşkilatı tərəfindən isə Yerevan şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin mayınadək olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Yunusov Arif Seyfulla oğlunun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq Mirqədirov Rauf Həbibulla oğlunun dəfələrlə Gürcüstan ərazisindən Ermənistana səfərlərini Arif Yunusov ilə birlikdə təşkil edib. Həmin səfərlərin bir qismində Arif Yunusov da Rauf Mirqədirov ilə birlikdə iştirak edərək Ermənistan Respublikasının sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşlər keçiriblər.
Bundan başqa, Leyla Yunusun rəhbərlik etdiyi qurumun bank hesabına müxtəlif donor təşkilatlardan yüz minlərlə dollar və avro köçürülüb. Həmin pullar qanunsuz olaraq, nağdlaşdırılıb, külli miqdarda məbləğ vergidən yayındırılıb.
İttihamla razılaşmayan Leyla Yunus dövlət ittihamçısının suallarını cavablandırmayıb, Arif Yunus isə indiki mərhələdə ifadə verməkdən imtina edib.
Şahid qismində ifadə verən BŞİH nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov Leyla Yunusa məxsus iki mənzil söküldüyünü, mənzillərinin hər kvadratına görə 1500 manat hesablandığını bildirib, əlavə edib ki, Arif Yunus lazımi sənədləri təqdim etmədiyindən onlara pul verilməyib.
Leyla Yunus şahidi də təhqir edib və bu, protokola qeyd olunub.
Digər şahidlərin ifadəsindən sonra prosesdə fasilə elan olunub. Məhkəmə nahar fasiləsindən sonra davam etdiriləcək.
Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.
Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info