Azərbaycanın xaricə elektrik enerjisi satışı artacaq
Tarix: 27.07.2015 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


"Azərbaycana səfərdən məqsədim iki ölkənin elektrik sistemlərinin sinxronlaşdırılması ilə bağlı öncədən görülmüş işlərin yekunlaşdırılması və icrası üçün yeni müqavilənin imzalanmasıdır".
Bunu “Trend”ə yaxın zamanlarda Azərbaycana səfər edəcək İranın energetika nazirinin enerji məsələləri üzrə müavini Huşəng Fəlahətian deyib.
H.Fəlahətian deyib ki, Azərbaycanda keçirəcəyim görüşlərdə iki ölkənin elektrik sistemlərinin sinxronlaşdırılması üçün yekun planlaşdırılma işlərinin razılaşdırılması ilə yanaşı, həm də elektrik enerjisinin mübadiləsi üzrə məzənnənin müəyyən edilməsi məsələsi haqqında da danışıqlar aparacağıq.
H.Fəlahətian əlavə edib ki, iki ölkə arasında bundan öncə ilkin razılıq əldə olunmuşdu və iş bölgüsü aparılmışdı: “Hazırda həm elektrik enerjisinin ötürülməsi üçün xətlər, eyni zamanda, elektrik yarımstansiyaları tikilib. İnfrastruktur tam hazırdır. Ümid edirik ki, bu səfər zamanı razılıq əldə olunacaq və müqavilə imzanalacaq”.
Nazir müavini deyib ki, biz Azərbaycan tərəfinə elan etmişik ki, iki ölkənin elektrik sistemləri sinxronlaşdırılandan sonra Azərbaycandan elektrik enerjisinin alınması ilə bağlı müqavilə imzalamağa hazırıq. “Həmçinin Azərbaycan tərəfi İranda bərpa olunan, külək və geotermal (gelioenergetika) elektrik stansiyalarının tikilməsi sahəsində investisiya qoymaqda maraqlı olduğunu bildirib ki, biz bunu alqışlayırıq”.
H.Fəlahətian Azərbaycanlı investorlarına bu sahədə ediləcək güzəştlərdən danışıb: "Ötən həftədən yeni enerji stansiyalarında istehsal olunan elektirik enerjisinin qiymətini rəsmən elan etmişik. Bundan başqa, həmin stansiyaların istehsal etdiyi elektrik enerjisini 20 il müddətinə zəmanətlə alırıq.”
Energetika nazirinin müavini deyib ki, biz azərbaycanlı investorları İranda sərmayə yatırmağa dəvət edirik və onların yeni enerji stansiyaları sahəsində sərmayə qoyması ilə yanaşı, digər sahələrdə də sərmayə yatırmasını alqışlayırıq.
H.Fəlahətian həmçinin bildirib ki, Azərbaycan və İran elektrik sistemlərinin sinxronlaşdırılması ilə üçüncü ölkələr, o cümlədən Rusiya ilə də enerji mübadiləsinin həyata keçirilməsinə zəmin yaradılır: "Azərbaycan və İran elektrik sistemlərinin sinxronlaşdırılması ilə İran və Rusiya arasında Azərbaycan vasitəsi ilə elektrik enerjisini mübadiləsini həyata keçirə bilərik”.
Qeyd edək ki, elektrik sistemlərinin sinxronlaşdırılmasından sonra İran Azərbaycan vasitəsilə Rusiya ilə, eyni zamanda, Azərbaycan İran vasitəsilə Əfqanıstan və İraqla elektrik enerjisi mübadiləsi apara biləcək.
Bundan öncə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin demişdi ki, Azərbaycanın elektrik enerjisinin İran vasitəsi ilə İraq və Əfqanıstana nəqli məsələsi iki ölkə arasında razılaşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info