“Azərbaycan-İran iqtisadi əlaqələri daha da inkişaf edəcək”
Tarix: 27.07.2015 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


"İran qanunsuz sanksiyalar dövründə öz inkişafından qalmadığı kimi, sanksiyaların ləğvindən sonra da yüksək templə inkişafını davam etdirəcək". Bunu “Trend”ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
M.Pakayin bildirib ki, güclü iqtisadiyyatı olan ölkələr İranla əlaqələri inkişaf etdirməkdə maraqlıdır: "Buna misal olaraq, ötən həftə Almaniya vitse-kanslerinin 100 nəfərlik nümayəndə heyəti ilə İrana səfərini göstərmək olar. Lazımsız maneələrin aradan qaldırılması İranın dünyanın bütün ölkələri ilə, xüsusilə də dost və qardaş olan Azərbaycanla əlaqələrini gücləndirməyə zəmin yaradır".
O, qeyd edib ki, yaxın gələcəkdə Bakı və Tehran arasında iqtisadi əlaqələr daha da inkişaf edəcək: “BMT TŞ-nin son qətnaməsi dünya ölkələrinin İrandakı iqtisadi proqramlarda iştirak etməkdə qərarlı olduğunu göstərir. Biz bu nailiyyəti bütün müstəqil dövlətlərin, xüsusilə, qonşu ölkələrin uğuru hesab edirik”.
İranın Azərbaycandakı səfiri regiondakı münaqişələrin həll edilməsinin zəruriliyini vurğulayıb və deyib ki, İran və "5+1" ölkələri arasında əldə olunmuş razılıq regiondakı münaqişələrin həllində, o cümlədən “İŞİD” və digər terrorçu qruplaşmalarla mübarizədə İranın potensialından istifadəyə imkan verir.
M.Pakayin İran və "5+1" ölkələri arasında əldə olunmuş razılığı diplomatiyanın uğuru adlandırıb və bildirib ki, BMT TŞ-nin İrana qarşı 6 qətnaməsinin ləğvi və İranın sülhyönlü nüvə proqramının BMT Nizamnaməsinin VII fəslindən çıxarılması Vyana müzakirələrindəki ən əhəmiyyətli dəyişiklikdir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info