“Seltik“in futbolçusu: “Qarabağ“la oyuna hazırıq”
Tarix: 28.07.2015 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


"Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik. Hiss edirəm ki, "Qarabağ"la oyuna hazırıq. Sadəcə meydana çıxıb, bacarığımızı nümayiş etdirməliyik".
Britaniya mətbuatının məlumatına görə, bu sözləri "Seltik"in futbolçusu Qari Makkey-Stiven deyib. 24 yaşlı futbolçu Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la ilk oyunda sərfəli nəticə qazanacaqlarına inandığını bildirib: "Qarabağ"la bizi çətin matç gözlədiyini bilirik. Lakin onlara qarşı yüksək səviyyədə oynamağa çalışacağıq. Çempionlar Liqasının oyunlarını daha öncə tamaşaçı kimi televiziyadan izləyirdim. Ötən mövsüm "Seltik" Avropa Liqasında çıxış etdi. Ancaq Çempionlar Liqası mənim oynamaq istədiyim turnirdir. Orada iştirak etmək inanılmaz hiss olacaq. Komanda olaraq hədəfimiz Çempionlar Liqasının qrup mərhələsində oynamaqdır. Əminəm ki, çərşənbə günü "Qarabağ"la görüşdə yaxşı nəticə qazanacağıq. Üzərimdə hər hansı təzyiq hiss etmirəm. Sadəcə bir qədər həyəcanlıyam və oyunu səbirsizliklə gözləyirəm". Qeyd edək ki, iyulun 29-da "Seltik Park"da keçiriləcək "Seltik" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info