Tbilisidə 13-cü Avropa Gənclər Olimpiya Festivalının rəsmi açılışı olub
Tarix: 28.07.2015 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Gürcüstanın paytaxtındakı Mixeil Mesxi stadionunda “Tbilisi-2015” 13-cü Avropa Gənclər Olimpiya Festivalının rəsmi açılışı olub.
Mərasimdə Gürcüstanın dövlət və hökumət rəsmiləri ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin Sədri, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov da iştirak edib. Ümumilikdə 50 ölkədən idmançıların, yüksək vəzifəli qonaqların qatıldığı tədbirdə “Tbilisi-2015” Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Aleksi Axvlediani və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edərək qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıblar. Gürcüstanın dövlət bayrağı və Avropa Olimpiya Komitəsinin bayrağı meydana gətirilib. Sonra hava şarı ilə Olimpiya məşəli meydana daxil olub. Məşəl meydanda Gürcüstanın tanınmış idmançıları, Olimpiya və dünya çempionları tərəfindən növbə ilə gəzdirildikdən sonra alovlandırılıb. İdmançılar minlərlə tamaşaçının alqışları ilə meydana daxil olublar. Azərbaycan idmançıları qonşu ölkədə hərarətli alqışlarla qarşılanıblar. Mərasimin bədii hissəsində incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər. Qeyd edək ki, Azərbaycan bu yarışmada 35 idmançı ilə təmsil olunur. Gürcüstanda keçirilən bu festivalda Azərbaycandan 35 könüllü də iştirak edir.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info