“Le Monde”: “Avrozona digər üzvlər üçün qəbuledilməz olacaq”
Tarix: 28.07.2015 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


“Yunanıstan və İtaliya indiki avrozonada yaşaya bilməyəcək. Çünki Almaniya orada sərt maliyyə qaydaları diktə edir”

Beynəlxalq Valyuta Fondunun keçmiş başçısı Dominik Stross-Kan aparıcı fransız qəzeti olan “Le Monde”nin səhifələrində Almaniyanın rəhbərliyinə açıq məktub yazıb. Orada o, özünün alman “dostlarını” yunan böhranının acı nəticələrinin bütün Avropa Birliyinə təsir göstərə biləcəyi ilə bağlı xəbərdar edib. Maraqlıdır ki, bu açıq məktub heç bir alman media qurumunda dərc edilməyib. Çünki Stross-Kan Yunanıstanla bağlı həddindən artıq sərt şərtlərlə razılaşmanı kəskin tənqid edib, bundan başqa o, Almaniyanın təzyiqi altında kobud və qeyri-demokratik təzyiq yolu ilə Yunanıstanın ən pis yolla “xilas edilməsinə” qarşı çıxıb: “Bizim alman dostlarımızın Baltik və Şimali Avropa ölkələrinin dəstəyi ilə öz qanunlarını və qaydalarını tətbiq etdikləri Avrozona digər üzv dövlətlər üçün qəbuledilməz olacaq”.
“İnosmi.ru” isə bu digər üzvlərin kim olduğu barədə yazır: “Bəs digər üzv dövlətlər kimlərdir? Artıq daha çox məlumatlar maliyyə-iqtisadi problemləri olan Cənubi Avropa ölkəsi - İtaliya və hansısa səviyyədə Fransa barəsində gəlir.
Yunanıstandakı problemlər müvəqqəti olaraq Fransa və İtaliyadakı situasiyanı diqqətdən yayındırıb.
Avropann bu iki iqtisadiyyatını yüksək borcluluq səviyyəsi, artımın yavaş templə getməsi, dövlət maliyyəsinin zəif durumda olması, rəqabətqabiliyyətliliyin itməsi və köklü islahatların aparılmaması birləşdirir. Xüsusən də dramatik situasiya İtaliyada daha çox gözə dəyir. İtaliyanın dövlət borcları 2 trilyon avronu keçir və ÜDM-in 132%-ni təşkil edir. Bu isə Maastrixt göstəricilərindən iki dəfə çoxdur. İşsizlik 12 faizə çatıb, gənclər arasında isə bu göstərici 44%-ə çatır. Ekspertlər hesab edir ki, İtaliyanın problemləri, hər şeydən öncə struktur xarakteri daşıyır və avrozonada borc böhranı ilə birbaşa bağlı deyil.
Dünya İqtisadi Forumunun reytinqinə görə, İtaliya rəqabətqabiliyyətliliyə görə 49-cu, biznes mühitinə görə 56-cıdır. “Transparency International” isə İtaliyanı dövlət korrupsiyasına görə 175 ölkə arasında 69-cu yerə qoyub. Burada isə İtaliya Rumıniya, Yunanıstan və Bolqarıstana taydır.
Problemlərin böyük hissəsi vahid Avropa valyutası olan avro ilə bağlıdır. İtaliya üçün avro həddindən artıq şişirdilmiş valyuta sayılır. Bu ölkə tarixən liranın devalvasiyasına oynayıb. Bununla isə dünya bazarında rəqabətqabiliyyətliliyi dəstəkləyib. Avro ilə bağlı məhdudiyyəti kompensasiya etmək üçün ölkə, devalvasiya ilə yanaşı, daim borclarını artırır, bununla isə iqtisadi aktivliyi və əhalinin həyat səviyyəsini saxlamağa çalışır.
Antirusiya sanksiyaları nəticəsində isə İtaliya vacib satış bazarından məhrum olub və bununla çox şey itirib.
Bütün bunlara görə, ekspertlər bildirir ki, İtaliya maliyyə böhranından qaça bilməyəcək. Çünki İtaliya Yunanıstanla birlikdə avrozonanın ən borclu ölkəsidir. İsveçrə UBS bankının analitikləri isə İtaliyanı “Avropanın ən xəstə adamı” adlandırıblar.
Daha çox narahatçılıq bildirən ekspertlərə görə isə Yunanıstan və eləcə də İtaliya indiki avrozonada yaşaya bilməyəcək. Çünki orada sərt Almaniya maliyyə qaydaları diqtə edir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info