Rusiya və Qərb arasında yeni qarşıdurma oçağı - Bosniya
Tarix: 28.07.2015 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Belə görünür ki, Rusiya və Qərb arasında yeni qarşıdurma üçün növbəti meydan Bosniya olacaq. Belə ki, Moskva birmənalı şəkildə, Bosniyanın tərkibində olan Serb Respublikasının prezidenti Milorad Dodikin qurumun Bosniyanın hüquq sistemindən çıxmaq üçün referendum keçirmək təşəbbüsünü dəstəkləyib.
İyulun ortalarında Bosniya Serb parlamentində qəbul edilmiş qərara görə, referendum bu ilin sentyabrında keçiriləcək. Təbii ki, Qərb Serb Respublikasının bu təşəbbüsünü ölkənin Avropa Birliyi və NATO-ya inteqrasiyasının qarşısını almaq üçün düşünülmüş bir addım kimi qəbul edir. Sarayevo belə bir referendumun keçirilməsini ölkənin bütövlüyünə zərbə kimi dəyərləndirilir. “Bu, Deyton müqaviləsinin müddəalarını pozmaqdır. Dodik son on ildə özünün ritorikası ilə Bosniyanın sabitliyini pozur”-deyə ölkənin Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç bildirib. Oxşar mövqe Avropa Birliyi və ABŞ tərəfindən də ortaya qoyulub. Qərb bu addımı Bosniyanın “Avropa yolunun minalanması” kimi qəbul edərək, serblərə “odla oynamamağı” məsləhət görür. Moskva isə öz növbəsində yenə də bosniyalı serblərin müdafiəsinə qalxıb. Rusiyanın Bosniyadakı səfiri Petr İvanşov Serbiya parlamentinin qərarını müdafiə etməsini Bosniya əhalisinin yarıya qədərinin serb olması ilə əsaslandırıb. O, iddia edib ki, “beynəlxalq ictimaiyyətin əsas rolu millətlərarası barışığı təbliğ etməkdir”. Rusiya Xarici İşlər Nazirliyi də Serbiya parlamentinin qərarının müdafiəsinə qalxıb. Qeyd edilməlidir ki, bu olay son aylar Bosniya məsələsi ilə əlaqədar Rusiya ilə Qərb arasında yaşanan ikinci ciddi ziddiyyətdir. Bundan bir müddət əvvəl, iyulun əvvəlində Rusiya Britaniyanın hazırladığı Srebrenitsada qətnaməsinə BMT Təhlükəsizlik Şurasında veto qoymuşdu. Hətta rusiyalı səfir faciənin 20-ci ildönümü münasibətilə keçirilən mərasimlərə də qatılmamışdı. Bu məsələ Bosniya ilə əlaqədar Rusiya ilə Qərb arasında fikir ayrılığının ilk təzahürü kimi qəbul edilir. Brüssel və Vaşinqton, ölkənin Avropa Birliyi və NATO-ya inteqrasiyasına böyük dəstək verirlər. Qərb hesab edir ki, bu inteqrasiya iki hissədən ibarət effektsiz konfederasiyadan daha səmərəli olar, dövlət mexanizminin funksionallığını artırar. Moskvada isə bu dövlətin Avro-Atlantik perspektivlərin qəbul edilmir. Kreml indiki sistemin əsasını təşkil edən Deyton müqaviləsinə ciddi əməl edilməsini tələb edir. Bunu nəzərə çatdıran bəzi ekspertlər serblərin məntiqi olaraq Moskvanın qanadı altına sığındığını iddia edirlər. “Rusiyanın koordinasiyası ilə fəaliyyət göstərən Dodik açıq-aydın Bosniyanın mövcudluğunu sual altına almış olur”- deyə balkanlı aparıcı politoloqlardan biri olan Duşan Yaniç bildirir. O, daha sonra Balkanlarda öz nüfuzunu qorumaq üçün yollar axtaran Rusiya üçün Serbiya dövlətinin uyğun alət olduğunu bildirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info