Məhkəmədə Leyla Yunusun bank fırıldaqları aşkara çıxdı
Tarix: 28.07.2015 | Saat: 02:04:00 | E-mail | Çapa göndər


Şahidlər “hüquq müdafiəçisi”nin əməllərini ifşa etdilər

Yunusova Leyla İslam qızının Azərbaycan Respublikası CM-nin 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2-ci, Yunusov Arif Seyfulla oğlunun CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 152006032 №-li cinayət işi üzrə məhkəmənin baxış iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əfqan Hacıyev (sədrlik edən), Rasim Sadıxov və Fikrət Qəribovdan ibarət tərkibdə, dövlət ittihamçısı Fərid Nağıyevin iştirakı ilə 27 iyul 2015-ci il tarixdə, saat 10:30-da
başlanıb.

SIA-nın xəbərinə görə prosesdə təqsirləndirilən şəxs L.Yunusovanın müdafiəçiləri Ramiz Məmmədov və Elçin Qəmbərov, təqsirləndirilən şəxs A.Yunusovun müdafiəçisi Əfqan Məmmədov, zərər çəkmiş şəxsin nümayəndəsi Şöhlət Allahmanov iştirak etmiş, yeni vəkil orderi təqdim etmiş Elçin Sadıqov Leyla Yunusovanın müdafiəçisi qismində işə buraxılmışdır. Bundan sonra, təqsirləndirilən şəxs Leyla Yunusova çıxış edərək bir sıra vəsatətlər vermiş, müdafiəçilər məhkəmədən vəsatətlərin təmin edilməsini xahiş etmiş, dövlət ittihamçısı isə vəsatətlərin əsassız olması ilə əlaqədar təmin edilməsinin rədd edilməsini məhkəməyə təklif etmiş, məhkəmənin qərarı ilə vəsatətlər təmin edilmədən rədd edilmişdir. Bundan sonra, müdafiəçi Ə.Məmmədov vəsatət verərək hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs Arif Yunusovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş etmiş, müdafiə tərəfinə daxil olan digər şəxslər vəsatəti müdafiə etmiş, dövlət ittihamçısı vəsatətin əsassız olması ilə əlaqədar təmin edilməsinin rədd edilməsini məhkəməyə təklif etmiş, məhkəmənin qərarı ilə vəsatət təmin edilmədən rədd edilmişdir. Daha sonra, dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsinə uyğun olaraq təqsirləndirilən şəxs L.Yunusovaya dələduzluq, qanunsuz sahibkarlıq, vergiləri ödəməkdən yayınma və saxta sənəd hazırlama və istifadə etmə, A.Yunusova isə dələduzluq cinayətləri törətmələrinə görə elan edilmiş ittihamı elan etmiş, təqsirləndirilən şəxslər L.Yunusova və A.Yunusov ittihamın mahiyyətinin onlara aydın olmamasını və özlərini elan edilmiş ittihamlar üzrə təqsirli bilmədiklərini göstərmiş, məhkəmə ittihamın mahiyyətini təqsirləndirilən şəxslərə elan etmiş və ifadə vermələrini təklif etmişdir. İlkin olaraq təqsirləndirilən şəxs Leyla Yunusova sərbəst ifadə verərək A.Yunusovun özünün bir hesabından başqa hesabına pul köçürməsini, onun əməlində dələduzluq cinayətinin olmamasını bildirmiş, dövlət ittihamçısının və zərər çəkmiş şəxsin nümayəndəsinin suallarını cavablandırmaqdan imtina etmişdir. Bundan sonra, digər təqsirləndirilən şəxs Arif Yunusova ifadə verməsi təklif edilmiş, sonuncu ifadə verməkdən imtina etmişdir. Bundan sonra, məhkəmə iclasına dəvət edilmiş şahidlərin dindirilməsinə başlanılmış, iclas zamanı 11 nəfər şahidin dindirilməsi həyata keçirilmişdir. İclas zamanı Bakı şəhər İcra Hakimiyyəti Nəzarət şöbəsinin rəisi İsmayılov Zülfəli Üzeyir oğlu, «Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda» Cəmiyyətinin mühasibi Hacıyeva Natəvan İbrahim qızı, “Qadın Krizis Mərkəzi”nin layihələrində həkim-psixiatr qismində iştirak edən İsazadə Azad Ağa Əhməd oğlu və “Azadlıq Hərəkatçıları” ictimai birliyinin sədri Novruzov Təhmasib Yüzasif oğlu ibtidai istintaq zamanı veridkləri ifadələrinə oxşar məzmunlu ifadələr vermişlər. «Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda» qeyri-hökumət təşkilatının və «Şəffaflıq Azərbaycan» Korrupsiyaya qarşı mübarizə ictimai birliyinin sədri Səfərəliyeva Rəna Teymur qızı ifadə vermiş, ibtidai istintaq zamanı verdiyi ifadəni Leyla Yunusovanın üzünə qarşı bir daha təsdiq etməklə ittihamın mahiyyəti üzrə onu ifşa edən fikirlər səsləndirmiş, 2005-ci ilin sonlarından «Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda» qeyri-hökumət təşkilatı ilə əlaqəsini kəsdiyini, bütün səlahiyyətlərini, təşkilatın möhür və blankını Leyla Yunusovaya təhvil verdiyini, həmin tarixdən sonra təşkilat tərəfindən hər hansı donor təşkilatla qrant müqaviləsinin bağlanılmasından, təşkilatın hesablarına pulların köçürülməsindən məlumatının olmadığını, bütün bu işlərin Leyla Yunusova tərəfindən aparıldığını bildirmiş, L.Yunusovanın ona bir neçə dəfə təkrarən “Təşkilatı mən idarə edirdim, sənə heç nəyin aidiyyəti yox idi, indi nədən zərər çəkmisən ki, burada zərər çəkmiş kimi nümayəndəyə etibarnamə vermisən, sənə ziyan dəyib?” deyə verdiyi suala, R.Səfərəliyeva cavab vermişdir ki, Leyla Yunusovanın hərəkətlərinin hüquqi araşdırılması ilə əlaqədar müəyyən edilmiş pozuntularla bağlı təşkilatın təsisçiləri çox narahatçılıq keçirmiş, ona yenidən təşkilata qayıdıb işləri icra etməsini bildirmişlər, bununla təsisçilərə böyük mənəvi ziyan dəymişdir. Digər tərəfdən, 2005-ci ilin sonlarından təşkilatdan faktiki ayrıldıqdan sonra təşkilat adından bağlanılmış heç bir qrant müqaviləsindən xəbəri, maliyyə məsələrinə isə aidiyyəti olmamışdır. Həmin müqavilələr təşkilatla xarici donorlar arasında bağlanılıbsa, təbii ki, bu gün donorlar qarşısında təşkilat məsuliyyət daşıyır. Bu səbəbdən, «Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda» qeyri-hökumət təşkilatına maddi ziyan da dəymişdir.

78 min dollar necə mənimsənilib?

Bundan sonra, iclasda “Humanitar Tədqiqatlar Cəmiyyəti” qeyri-hökumət təşkilatının sədri Həsənov Əvəz Yediyar oğlu ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermişdir. Daha sonra iclasa dəvət edilmiş, “Unibank” ASC-nin və “Unibank” ASC-nin sənaye-texnika filialının əməkdaşları Şıxəliyev Ələddin Yavər oğlu, Babayeva Mehriban Yusif qızı, Abdullayev Müstəqim Seyfulla oğlu, Əlizadə Nigar Xaqani qızı və Qəribova Nigar Fizuli qızı ibtidai istintaq zamanı verdikləri ifadələri ilə eyni məzmunlu ifadələr vermiş, onların ifadələri ilə müəyyən edilmişdir ki, Leyla Yunusova 2009-2012-ci illər ərzində «Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının “Unibank” ASC-də yerləşən dollar hesablarından cəmi 88.910 ABŞ dolları məbləğində pul vəsaitinin 88.468 ABŞ dolları məbləğində hissəsini hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla, əldə etdiyi kassa çek vərəqlərindən istifadə etməklə nağdlaşdırıb çıxararaq, həmin pulun 71.000 ABŞ dollarını özünün qeyd olunan bankda yerləşən əmanət hesablarına mədaxil edib üzərinə toplanmış faizlərlə 24 aprel 2014-cü il tarixdə ümumilikdə 78.130,42 ABŞ dolları məbləğində nağd pul vəsaitini müvafiq bank sənədləşməsi ilə çıxarıb əri Yunusov Arif Seyfulla oğlu ilə həmin gün sonuncunun “Unibank” ASC-dəki şəxsi hesabına mədaxil edib, dərhal Çexiya Respublikasının Praqa şəhərində yerləşən “Sberbank CZ” kommersiya bankındakı Arif Yunusovun şəxsi bank hesabına köçürüb, dələduzluq yolu ilə ələ keçirmişlər. Proses zamanı Leyla Yunusova qeyri-etik davranışlara yol verərək məhkəməyə dəvət edilmiş bir sıra şahidləri nalayiq ifadələrlə təhqir etmiş, ittihamın mahiyyətinə uyğun olmayan məsələlərə dair fikir bildirmək istəyərkən dövlət ittihamçısı tərəfindən məhkəməyə iclasda qaydanın təmin edilməsi ilə əlaqədar etiraz bildirilmiş, məhkəmə tərəfindən Leyla Yunusovaya dəfələrlə xəbərdarlıq elan edilməsinə baxmayaraq, sonuncu məhkəmənin bu xəbərdarlıqlarına əhəmiyyət verməyərək həmin davranışlarını davam etdirmişdir.
Məhkəmə prosesi bu gün davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
“Qala Sığorta” və “Qala Həyat”dan ədliyyə işçilərinə 20%-dək güzəştli sığorta
22.11.2018
İranlıların saxta sənədlərlə Azərbaycan sərhədindən keçmək cəhdinin qarşısı alınıb
22.11.2018
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs 22 dəfə pozulub
22.11.2018
Azərbaycanda turizm polisinin yaradılması təklif edilir
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info