“O ərazi “İŞİD”dən təmizlənəcək”
Tarix: 28.07.2015 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


və 1,7 milyon suriyalı qaçqın oraya yerləşdiriləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd məsələsinin çözüm prosesinin ölkənin suverenliyinə təhlükə törədənlərlə davam etdirilməsinin mümkün olmadığını bəyan edib.
Çinə səfərə gədən Ərdoğan Ankarada Esenboğa hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib ki, prosesi ölkənin milli birliyini pozmaq istəyənlərlə davam etdirmək mümkün deyil: “Proses başlayanda mən baş nazir və partiya sədri idim. Təəssüf ki, bundan sui-istifadə halları oldu. Milli birliyimizə xələl gətirənlərlə prosesi davam etdirmək mümkün deyil. Vacib olan milli birlikdir. Çözüm prosesi odur ki, ölkənin hər bir vətəndaşına verilmiş hüququ təmin olunacaq. Burada geri addım atmaq olmaz”.

Ərdoğan deyib ki, Türkiyə Cümhuriyyəti terrorçuları dəstəkləyən hər təbəqədən hesab soruşmaq iqtidarındadır: “Türkiyə adı və məqsədinin nə olmasından asılı olmayaraq, paralel dövlət təşkilatlanması ilə mübarizə aparmağa qadirdir. İraqın şimalında apardığımız mübarizə millətin təhlükəsizliyinə təhdid edənlərə qarşıdır. Türkiyə terror təşkilatları arasında heç bir ayrı-seçkilik etmir”.
Ərdoğan Suriya ilə sərhəddə “bufer zonası” yaradılacağını açıqlayıb: “ABŞ prezidenti Barak Obama ilə telefonda bu məsələni hərtərəfli müzakirə etdik. Həmin ərazi “İŞİD”dən təmizlənəcək və 1,7 milyona yaxın suriyalı qaçqın oraya yerləşdiriləcək”.
Türkiyə prezidenti ölkənin NATO-nun üzvü olduğunu xatırladaraq, NATO-nun digər üzvlərinin Türkiyəni dəstəklədiyini bəyan etdiyini deyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info