Ermənistan yenidən etirazlarla çalxalanır
Tarix: 28.07.2015 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxan “Qalx, Ermənistan” hərəkatının fəalları fasiləsiz oturaq aksiyaya başlayaraq gecəni İrəvanın mərkəzi Respublika meydanında keçirəcək. “TASS”ın verdiyi xəbərə görə, bu barədə hərəkatın liderlərindən biri olan Andreas Qukasyan bilirib.
“Bizim vəzifəmiz şəhərin mərkəzində aksiyanın keçirilməsi mümkün olanadək polisi gərginlikdə saxlamaqdır”, deyə Qukasyan bildirib. “Biz polislə qarşıdurmaya getməməyə qərara gəldik, lakin mütəmadi olaraq vəziyyətin gərginləşdirilməsinə yönəldilən addımlar atacağıq”, deyə o bildirib. Fəalın sözlərinə görə, hazırda hərəkatın üzvləri Gümrü, Vanadzor, Talin və Aştarakda çağırışların əks olunduğu vərəqələr yayırlar. Analoji addım iyulun 30-da İrəvanda atılacaq.

Məlumata görə, 12 nəfərədək etirazçı 1940-91-ci illərdə Leninin heykəli yerləşdiyi ərazidə asfaltın üzərində yerləşərək oturaq aksiya keçirir. Polis məhz burada aksiyanın keçirilməsinə icazə verərək etirazçıları meydanın mərkəzinə buraxmayacağını bildiirb.
Piketin keçirildiyi ərazi polis qüvvələri tərəfindən mühasirəyə alınıb.
Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info