Vergilər Nazirliyində kollegiya iclası keçirilib
Tarix: 28.07.2015 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı 13 iyul tarixli iclasına həsr olunmuş kollegiya iclası
keçirilib.

Kollegiya iclasında çıxış edən vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ictimai-siyasi sabitliyin möhkəmləndiyini, bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda aparılan islahatlar nəticəsində ciddi uğurlar əldə edildiyini, qanunun aliliyinin bərqərar olduğunu vurğulayıb. Vergi orqanlarında həyata keçirilən islahatlardan bəhs edən nazir vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə elektron xidmətlərin sayının və əhatə dairəsinin genişləndirilməsi, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması istiqamətində atılan addımların nəticəsi olaraq vergi daxilolmalarının ilbəil artdığını, strukturunda müsbət dəyişikliklər baş verdiyini, büdcə daxilolmaları üzrə proqnozların uğurla yerinə yetirildiyini diqqətə çatdırıb.
Fazil Məmmədov Nazirlər Kabinetinin 13 iyul tarixli iclasında Prezident İlham Əliyevin ayrı-ayrı vergi orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması istiqamətində artıq ciddi addımlar atıldığını bildirib, neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib. Sahibkarların fəaliyyətinə süni maneələrin və qanunsuz müdaxilələrin yolverilməzliyini vurğulayan vergilər naziri vətəndaşlardan daxil olan ərizə və şikayətlərin daha diqqətlə araşdırılması, fəaliyyətində nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması istiqamətində səylər artırılmalı, vergi ödəyicilərinə xidmətlərin spektri və informasiya texnologiyalarının tətbiqi imkanları genişləndirilməli, vergi orqanlarının fəaliyyətində şəffaflıq artırılmalı, bu sahələrdə qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə edilməlidir. F.Məmmədov bildirib ki, vergi xidməti orqanı əməkdaşları öhdəsinə düşən vəzifələrin icrası zamanı daha məsuliyyətli olmalı, dövlətimizin vergi siyasətini uğurla həyata keçirməlidirlər.
Yekunda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 13 iyul tarixli iclasındakı çıxışı zamanı vergi orqanlarına verilmiş tapşırıqlar 2015-ci ilin ikinci yarımilliyi və qarşıda duran dövrlər üçün Fəaliyyət Planı kimi qəbul olunub, eləcə də vergi inzibatçılığının optimallaşdırılması məqsədilə işçi qrupunun yaradılması barədə qərar verilib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Ağstafada 9,3 kilometrlik avtomobil yolu yenidən qurulur
23.01.2019
Sinoptiklər xəbərdarlıq edirlər...
23.01.2019
Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
23.01.2019
Laçınlı arıçılara 63 min 650 manat subsidiya ödənilib
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info