“Sağlam körpə, etibarlı gələcək üçün peyvəndlər!” yekunlaşdı
Tarix: 28.07.2015 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən “Sağlam körpə, etibarlı gələcək üçün peyvəndlər!” layihəsi yekunlaşıb.
Layihə çərçivəsində növbəti və yekun tədbir Ağcabədi rayonunda 6 saylı Uşaq və Körpələr evində, analar ilə pediatr həkimlərin görüşü təşkil olunub.

Layihə boyu keçirilən seminarlarda valideynlərə peyvəndlərin uşaq sağlamlığı üçün müsbət təsirləri izah olunub. Hər bir peyvənd növü haqqında ayrı-ayrılıqda geniş izahat verilib. Belə ki pediatrlar uşaqları peyvənd etdirməyib, risk qarşısında qoymağın qətiyyən doğru olmadığını və valideyn uşağını peyvənd etdirmədikdə buna görə məsuliyyət daşıdığını qeyd ediblər. Sonda seminarda iştirak edən valideynlərdən (“seminarda nə öyrəndim?”) təklif və rəylər yazılı formada alınıb.
Layihə müddətində analar üçün psixoloq tərəfindən pulsuz psixoloji yardım göstərilib. Övladı üzərində peyvənd daxil digər vacib müayinə və müalicə, profilaktik tədbirlərə qarşı həssas olan, məlumatsız şəkildə övladını qorumaq istəyində olan valideynlərlə söhbət aparılıb.
Layihə müddətində günün 8 saatı telefon və elektron formada analar peyvəndlə bağlı maraqlandıqları bütün suallara cavab verilib.
Layihənin davamlılığını təmin etmək məqsədi ilə valideynlər üçün İnkluziv Təhsil və Uşaq İnkişaf Mərkəzində ayda 1 dəfə olmaqla konsultasiyalar təşkil olunub.
Xatırladaq ki, layihə çərçivəsində əvvəlki tədbir Ağcabədi rayonunda İnkuliziv Təhsil və Uşaq İnkişaf Mərkəzində keçirilib.
Qeyd edək ki, layihənin məqsədi gənc analar arasında maarifləndirmə apararaq onların peyvənd və bu kimi körpə həyatı üçün vacib olan iynələrdən yayınmamasını təmin etmək, sağlam körpələr ilə sağlam gələcək qurmaq olub.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info