Səlim Müslümov Xaçmazda 5 rayonun sakinləri ilə görüşüb
Tarix: 28.07.2015 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Xaçmaz rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Vətəndaşlar əsasən minik avtomobilləri və mənzil, bərpa-müalicə xidməti, reabilitasiya vasitələri, iş yeri ilə təmin olunma, zərərə görə ödəncin verilməsi, əmək hüquqlarının təminatı və s. məsələlərlə əlaqədar müraciət ediblər. Müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Müraciətlərdə əksini tapan məsələlərin bir qismi yerindəcə həll edilib, ayrı-ayrı şəxslərə münasib iş yerlərinə göndərişlər verilib. S.Müslümov həmçinin bir sıra imtiyazlı vətəndaşların reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunmasını tapşırıb: “Təkcə bu ilin ilk yarısında 3 min 600 nəfər əlilliyi olan şəxsə 16,4 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, 908 ədəd əlil arabası və 216 ədəd eşitmə aparatı verilib. Eyni zamanda, nazirliyin bərpa mərkəzlərində 3 min nəfərdən çox əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilib, əlilliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 165 nəfər əlilliyi olan şəxs Türkiyəyə bərpa müalicəsinə göndərilib. Yaxın günlərdə daha bir qrup sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə qardaş ölkəyə bərpa müalicəsinə yola salınacaq. Bununla bərabər, nazirliyin müvafiq komissiyasının qərarı ilə əlilliyi olan şəxslərin respublika daxilində və xaricdə müalicəsinə köməklik də göstərilir”.
Nazir bir sıra vətəndaşların müraciətlərinə uyğun olaraq onların minik avtomobilinə tibbi göstərişin olub-olmamasının müəyyənləşdirilməsi üçün onların müvafiq müayinəyə cəlb olunmasını tapşırıb. Qəbul zamanı ünvanlı dövlət sosial yardımı və əlillik təyinatı ilə bağlı müraciətlər azlıq təşkil edib. Həmin müraciətlərin diqqətlə araşdırılaraq cavablandırılması, habelə əlillik təyin olunması üçün müraciət edən şəxslərin tibbi-sosial ekspertiza müayinələrinə cəlb olunaraq müvafiq qərarlar qəbil edilməsi tapşırılıb. S.Müslümov bildirib ki, son illərdə tibbi-sosial ekspertiza xidmətində şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində əlillik və reabilitasiya məsələləri ilə bağlı nazirliyə müraciətlər getdikcə azalır: “Təkcə cari ilin ilk yarımilində bu azalma 18,9 faiz təşkil edib və həmin müraciətlərin də 50 faizi sorğu xarakteri daşıyıb. Əlillik və reabilitasiya məsələləri ilə bağlı daxil olan müraciətlərin isə yalnız 20,9 faizi əlillik təyinatı ilə əlaqədar olub”.
Ayrı-ayrı vətəndaşların müraciətlərində müharibə əlilləri və şəhid ailələri üçün respublikanın bölgələrində yeni fərdi evlərin inşasına, həmçinin əlilliyi olan şəxslərin bərpa-müalicəsi sahəsində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıq ifadə edilib. Qəbul zamanı nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.
Qorqud






 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info