“Gecə canavarları”nın səfəri araşdırılır
Tarix: 28.07.2015 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Rusiyalı motosikletçilərdən ibarət qrupun Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı məsələ araşdırılır.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Araşdırmanın ölkəmizin Rusiyadakı səfirliyi vasitəsi ilə aparıldığını deyən H. Hacıyev bu barədə əlavə məlumatın veriləcəyini bildirib. “Fürsətdən istifadə edərək xatırlatmaq istərdik ki, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər Azərbaycanın “Dövlət sərhədi haqqında” qanunun və Miqrasiya Məcəlləsinin pozulmasıdır. Bu kimi əməllər eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə, Ermənistanın işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərə hörmətsizlikdir. Ermənistan və erməni lobbisinin təhriki və təsiri altında işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan xalqına qarşı törədilmiş işğal və qanlı etnik təmizləmənin təşviqinə xidmət edən bu kimi şəxslər daşıdıqları siyasi, hüquqi və mənəvi məsuliyyəti dərk etməlidirlər”, - deyə o vurğulayıb.
Qeyd edək ki, mətbuatda “Gecə canavarları” adlı motoqrupun iyulun 31-də Ermənistana, oradan isə Dağlıq Qarabağa yollanacağı barədə məlumat yayılıb
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25.03.2019
Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
24.03.2019
Azərbaycanın müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info