İran Azərbaycanda avtomobil istehsalı zavodu açmaq istəyir
Tarix: 28.07.2015 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


İran Azərbaycanda yeni avtomobil istehsalı zavodu açmaq istəyir. İranın ən böyük avtomobil istehsalı şirkəti "İran Khodro" (IKCO) hazırda Azərbaycana avtomobil ixrac edir. Bununla yanaşı, şirkət eyni zamanda, Azərbaycanda avtomobillərin yığılmasının təşkili (Complete Knock Down) zavodunu da açmaq niyyətindədir. Bu barədə "İran Khodro"nun direktoru Haşım Yeke Zare “Trend”ə verdiyi açıqlamasında deyib.
O bildirib ki, hazırda Azərbaycanın iş adamları ilə bu istiqamətdə müzakirələr aparılır və ölkənin aiddiyatı orqanlarından zavodun tikilməsi ilə bağlı lizensiya almağa çalışırıq: "Zavod azərbaycanli iş adamının sərmayəsi ilə tikiləcək və birinci mərhələdə ölkədə avtomobillərin yığılmasının təşkili həyata keçiriləcək".
Şirkət rəhbərinin sözlərinə görə, lizensiya veriləndən 2 il sonra "İran Khodro" Azərbaycanda avtomobil istehsalına başlayacaq: "Şirkət üçün əsas prioritet Azərbaycanda keyfiyyətli avtomobillər istehsal etməkdir".
Y.Zare bildirib ki, Azərbaycanda yeni tikiləcək zavodda ildə 10 min avtomobil istehsal olunması planlaşdırılıb, avtomobillərin bir qismi isə ixrac olunacaq.
"İran Khodro"nun rəhbəri sonra əlavə edib ki, cari ildə Azərbaycana 2 min avtomobil ixrac etməyi planlaşdırmışıq.
"İran Khodro" keçən il 360 minə yaxın avtomobil istehsal edib, bu il isə 600 min avtomobilin istehsalı planlaşdırılır.
İranda 2014-cü ildə 1,090,846 maşın istehsal olunub, ancaq 2025-ci ilədək bu rəqəmin 3 milyona çatması planlaşdırılıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycana 17,640 ədəd avtomobil idxal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 48,7% azdır.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Külək və günəş stansiyaları üçün ərazilər müəyyənləşdirilib
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info