Naxçıvanda ilin birinci yarısında 200-dən çox vergi ödəyicisi qeydiyyata alınıb
Tarix: 28.07.2015 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Cari ilin birinci yarısında sahibkarlıq fəaliyyəti ilə məşğul olan 12 hüquqi və 192 fiziki şəxs olmaqla, ümumilikdə, 204 vergi ödəyicisi qeydiyyata alınıb.
Naxçıvan Şəhər Vergilər İdarəsinə ayrı-ayrı sahibkarların müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb, bəyannamələrin düzgün tərtib edilməsinə kömək olunub, elektron bəyannamə xidməti göstərilib.
Vergi ödəyicilərinin vergi orqanlarına gəlmədən internet vasitəsilə bəyannamələrinin təqdim olunması, özlərinin şəxsi vərəqələrinə nəzarət etmək, elektron əməliyyatlar aparmaq imkanının yaradılması məqsədilə cari ilin ilk 6 ayında sahibkarlıq fəaliyyəti ilə məşğul olan 103 vergi ödəyicisi ilə “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə bağlanaraq onlara parol-şifrələr verilib. Parol-şifrə verilmiş vergi ödəyicilərinin hamısının bəyannamələri elektron poçt vasitəsilə Naxçıvan Şəhər Vergilər İdarəsinə təqdim edilib.
Vergi ödəyicilərinin məlumatlandırılması ilə yanaşı, nəzarət işinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılması, proqnoz tapşırıqların bütün növ tədiyyələr üzrə yerinə yetirilməsi, qalıqlara yol verilməməsi, hesablanmış vəsaitin büdcəyə ödənilməsi, vergi orqanlarında qeydiyyatda durmadan fəaliyyət göstərilməsi, işəgötürən və işçilər arasında əmək müqavilələrinin bağlanmaması və vergidənyayınma hallarının qarşısının alınması məsələləri də diqqət mərkəzində saxlanılıb. 2015-ci ilin ilk 6 ayında Naxçıvan şəhəri ərazisində fiziki və hüquqi şəxslərin fəaliyyət göstərdiyi 26 obyektdə nəzarət-kassa aparatı quraşdırılıb.
Bundan başqa, işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi qaydalarına riayət olunması ilə əlaqədar reydlər davam etdirilib, 44 yeni obyektdə 76 nəfərlə əmək müqaviləsinin bağlanmasına, 99 obyektdə isə 382 əmək müqaviləsinin yenilənməsinə kömək göstərilib.
Naxçıvan Şəhər Vergilər İdarəsindən verilən məlumata görə, vergilər və digər icbari ödənişlər üzrə proqnoz tapşırıqda nəzərdə tutulmuş 5 milyon 778 min manata qarşı 6 milyon 267 min manat vəsait toplanılıb və büdcəyə ödənilib. Bu da yarımillik tapşırığın 108,5 faiz yerinə yetirilməsi deməkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info