Yeniyetmələrimiz Avropa Gənclər Olimpiya Festivalında
Tarix: 28.07.2015 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Azərbaycanlı yeniyetmələr “Tbilisi-2015” 13-cü Avropa Gənclər Olimpiya Festivalının ilk günündə mübarizəyə qoşulublar.
İlk dəfə belə mötəbər beynəlxalq yarışmada mübarizə aparan atletlərimiz yüksək nəticələr qazanmasalar da yaxşı təcrübə qazanıblar. Disk atma yarışmasında meydana daxil olan yeniyetmə idmançımız Nurəddin Babayev metal kütləni 31,08 metr uzağa tullamaqla yaxşı göstəriciyə nail olub. Məşqçilər onun nəticəsini dəyərləndiriblər. Yeniyetmə idmançımız Rüstəm Şükürov isə uzunluğa tullanmada 6,19 metr göstəriciyə nail olub. Digər atletimiz Heybət Salayev isə hündürlüyə tullanmada 1,74 metr nəticə göstərib. Yüz metr məsafəyə qaçmaqda bacarığını nümayiş etdirən yeniyetmə idmançımız Vaqif Bağırov isə 11,34 saniyə ilə mübarizəni 6-cı pillədə başa vurub. Qeyd edək ki, həmin gün idmançılarımızı yarışların keçirildiyi idman arenasına aparan avtobusların tıxacda qalması səbəbindən yeniyetmələrimiz mübarizəyə son təlim məşqləri keçmədən qoşulublar.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Barselona“ “Sevilya“nı məğlubiyyətə uğradıb
23.02.2019
İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə məğlub oldu
23.02.2019
“Mançester Siti” Emerik Laport ilə yeni müqavilə imzalayıb
22.02.2019
Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu
22.02.2019
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info