Çin tennisçisi “Baku Cup-2015-də növbəti qələbəsini qazanıb
Tarix: 28.07.2015 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Bakı Tennis Akademiyasında “WTA International” seriyalı tennis turniri davam edir. Mükafat fondu 250 min ABŞ dolları olan turnirdə dünyanın tanınmış tennisçiləri iştirak edirlər.
Bu il Bakıya Dominika Tsıbulkova (Slovakiya), Françeska Skyavone (İtaliya), Boyana Yovanovski (Serbiya), Roberta Vinçi (İtaliya) kimi tanınmış idmançılar qatılıb. İyirmiyə yaxın ölkədən tennisçilərin qatıldığı yarışda, həmçinin belçikalı Yanina Vikmayer, Kristen Flipkensi, ötən il turnirin yarımfinalda oynayan Stefani Voegele (İsveçrə), Anastasiya Pavlyuçenkova (Rusiya Federasiyası), Kurumi Nara (Yaponiya) kimi tennisçiləri qeyd etmək lazımdır. “Baku Cup” turnirinin daha öncəki qalibləri Vera Zvonareva (Rusiya, 2011-ci il), Boyana Yovanovski (Serbiya, 2012), Yelena Svitolina (Ukrayna, 2013-cü və 2014-cü illər) olublar. Jaoxuan Yanq Bakı turnirində çıxışını davam etdirir. Çin Xalq Respublikası təmsilçisi növbəti mərhələyə rəqibi ukraynalı Yuliya Beygelzimerin ikinci raunddan imtinası ilə keçib. Yuliya Beygelzimer ilk seti uduzduqdan sonra ikinci hissədə korta qayıtmaqdan imtina edib. J.Yanq 46 dəqiqə ərzində ilk seti aktivinə 6:3 hesabı ilə yazmaqla kifayətlənib. J.Yanq növbəti raundda Rusiya təmsilçisi Marqarita Qasparyana qarşı oynayacaq.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək
15.09.2019
Daha iki şahmatçımız dünya kubokunun onaltıdabir mərhələsinə vəsiqə qazanıb
15.09.2019
İspaniya La Liqası: “Sevilya” Bakıya qələbə ilə gəlir
15.09.2019
İspaniya La Liqası: “Real Madrid” bu mövsüm ikinci qələbəsini qazanıb
14.09.2019
İngiltərə Premyer Liqası: “Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info