Taekvondoçularımız “Korea Open-də 3 medal qazanıblar
Tarix: 28.07.2015 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


İlk Avropa Oyunlarının çempionu Milad Beiqi Harçeqani fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Koreya Respublikasının Çunçeon şəhərində keçirilən taekvondo üzrə “Korea Open” turniri başa çatıb. G2 kateqoriyalı turnirdə ölkəmizi 12 taekvondoçu təmsil edib. Azərbaycanın taekvondo üzrə milli komandası bu yarışda aktivinə üç medal əlavə edib. Azərbaycan Taekvondo Federasiyasından bildiriblər ki, kişilərdən ibarət millinin üzvü, birinci Avropa Oyunlarının çempionu, 80 kiloqram çəki dərəcəsində yarışa qatılan Milad Beiqi Harçeqani bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sina Bahrami (-63 kq) və qadın taekvondoçumuz Patimat Abakarova (-49 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətlənməli olublar. Tatami üzərinə çıxan Məhəmməd Məmmədov (63 kq) və Səid Quliyev (-74 kq) dörd qarşılaşmadan qalib ayrılsalar da yarımfinalda məğlub olaraq turniri medalsız başa vurublar. Komandamız Koreya Respublikasına baş məşqçi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanov və Sun Mi Parkın rəhbərliyi ilə yollanıb. Kişilərdən ibarət millimiz iyulun 29-da Vətənə dönəcək. Qadın taekvondoçularımızdan Təranə Məmmədova (- 46 kq), Partimat Abakarova (-49 kq), Marina Tedeeva (- 62 kq) və Daria Şkurko (-62 kq) baş məşqçi Sun Mi Parkın rəhbərliyi ilə təlim-məşqləri Koreya Respublikasında davam etdirəcək.





 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb
15.02.2019
“Arsenal“ BATE ilə bacarmadı
14.02.2019
“Real Madrid” səfərdə, Tottenhem” isə doğma meydanda qələbə qazanıb
12.02.2019
Yurçeviç: Azərbaycan futbolunun inkişafında Qurban Qurbanovun böyük xidmətləri var
12.02.2019
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info