Sərnişinlərin Gürcüstana 24 saatlıq rejimlə keçidi təmin olunacaq
Tarix: 29.07.2015 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Bu il avqustun 10-dan saat 08:00-dan 20:00-dək
yüngül minik avtomobillərinin keçidinin təmin olunması barədə
razılıq əldə edilib

Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində Azərbaycan və Gürcüstan gömrük orqanlarının nümayəndə heyətlərinin görüşü keçirilib.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, görüşdən əvvəl nümayəndə heyətləri hər iki ölkənin gömrük orqanları rəhbərləri arasında “Sadıxlı” keçid məntəqəsinin fəaliyyətinin bərpası ilə bağlı görüşlərin keçirilməsinə dair əldə olunan razılıq çərçivəsində “Sadıxlı” və “Mtkvari” keçid məntəqələrindəki vəziyyətlə tanış olublar. Daha sonra “Sınıq Körpü” keçid məntəqəsində nümayəndə heyətlərinin görüşü keçirilib.
Görüşdə bildirilib ki, hazırda bölgədə həyata keçirilən irimiqyaslı layihələr, eləcə də turizm potensialının gücləndirilməsi ilə əlaqədar tədbirlər nəticəsində sərhəddən keçən sərnişinlərin, yüklərin və nəqliyyat vasitələrinin ciddi artımı müşahidə olunur. Bu istiqamətdə gömrük xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması, sərhəddən keçidin sürətləndirilməsi və asanlaşdırılması məqsədilə birgə əməkdaşlığın vacibliyi vurğulanıb. Görüşdə “Sadıxlı” və “Mtkvari” keçid məntəqələrindən sərnişinlərin 24 saat keçidinin təmin olunması üçün lazımi tədbirlərin görülməsi, bu il avqustun 10-dan etibarən isə saat 08:00-dan 20:00-dək yüngül minik avtomobillərinin keçidinin təmin olunması barədə razılıq əldə olunub. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info