NATO-dan Türkiyəyə dəstək
Tarix: 29.07.2015 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Yens Stoltenberq: “Terrora qarşı mübarizədə
Türkiyə ilə həmrəyik”


NATO-nun Brüsseldə fövqəladə iclası olub. Türkiyənin Suriyada və İraqda müvafiq olaraq “İŞİD” və PKK terrorçularına qarşı apardığı əməliyyatlarla bağlı çağırılan iclasda çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq terrora qarşı mübarizədə Türkiyə ilə həmrəy olduqlarını bildirib.
C. Stoltenberq bildirib ki, prosesləri yaxından izləyirlər. O, Türkiyədə törədilən terror aktlarını pisləyib: “NATO hadisələri çox yaxından izləyir. Müttəfiqimiz Türkiyə ilə terrora qarşı mübarizədə həmfikirik”. Qeyd edək ki, fövqəladə iclas Türkiyənin müttəfiqlərini məlumatlandırmaq üçün keçirilib. Bu arada PKK terror təşkilatı Türkiyənin Muş vilayətinin Malazgirt qəsəbəsinin jandarma rəisi, mayor Arslan Kulaksızın qətlinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edək ki, Kulaksızın qətlində şübhəli bilinən 14 nəfər polis tərəfindən saxlanılıb. Ümumiyyətlə, son günlər PKK-nın fəallaşması Türkiyədə ağır fəsadlar verməkdədir. Həyata keçirilən antiterror əməliyyatlarında 1050 nəfər şübhəli qismində həbs olunub. Tutulanlar “İŞİD”, PKK və DHKP-C terror təşkilatlarını təmsil edirlər. Onların yerləşdikləri ünvanlardan külli miqdarda silah və sursat, terror məqsədi ilə istifadə olunan digər vəsaitlər ələ keçirilib. Türkiyə Silahlı Qüvvələrinin qırıcıları raket zərbələri ilə terrorçuların yerləşdikləri onlarla məntəqəni məhv edib. Hədəflərin dəqiq vurulması nəticəsində terrorçu dəstələr arasında birbaşa rabitə xətləri kəsilib, onlar arasında çaşqınlıq yaranıb. Antiterror əməliyyatları PKK-çıları daha da azğınlaşdırıb. Polis məntəqələri, hərbi hissələr və sənaye obyektləri, yük avtomobilləri hədəfə alınıb. İstanbul, Mərsin, Ərzurum, Diyarbəkir və digər bölgələrdə terrorçuların çoxsaylı hücumları qeydə alınıb. Avtomobil dayanacaqlarında, əhalinin sıx olduğu digər yerlərdə qoyulmuş bombalar zərərsizləşdirilib. Ən son məlumatlara görə, Muş-Kulp avtomobil yolunun üstündəki iki körpü və İran-Türkiyə qaz kəməri partladılıb. Təcili tibbi yardım maşınlarına da hücumlar qeydə alınıb. Ölkənin şərq bölgəsində avtomobil yollarına hücum edən terrorçular nəqliyyatın hərəkətini dayandırır, dinc əhaliyə, xüsusilə dövlət məmurlarına və onların ailələrinə qarşı zor tətbiq edirlər. Hökumət qüvvələri əhalinin təhlükəsizliyi üçün bütün imkanları səfərbər edib. Dövlət rəsmiləri Türkiyənin milli təhlükəsizliyi ilə bağlı beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparırlar. Antiterror əməliyyatları ölkə əhalisi tərəfindən qətiyyətlə dəstəklənir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info