Rusiya hökumətlərarası layihəni Türkiyəyə göndərib
Tarix: 29.07.2015 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Rusiya “Türk axını”nın birinci xətt üzrə hökumətlərarası layihəsini Türkiyəyə göndərib. “RİA Novosti”nin məlumatına görə, bu barədə jurnalistlərə Rusiyanın Energetika Nazirliyindən məlumat verilib. “Rusiya tərəfi “Türk axını” layihəsinin birinci xətt üzrə təkliflərini hazırlayaraq Türkiyə tərəfinə göndərib”, - deyə bildirilib.
“Türk axını” layihəsi çərçivəsində ildə 63 mlrd. kubmetr qazın Qara dəniz vasitəsilə Rusiyadan Türkiyəyə göndərilməsini nəzərdə tutan boru xətti inşa olunacaq. Boru xətti 4 xətdən ibarət olacaq və 47 mlrd. kubmetr qazı Türk-Yunan sərhədinə daşıyacaq. “İlkin mərhələdə “Türk axını”nın kompleks inşası üçün hökumətlərarası sazişin hazırlanması və imzalanması planlaşdırılır ki, o da bütün 4 xəttin inşasını sürətləndirməyə yardım edəcək. Lakin, Türkiyə və Rusiya arasında iyunda Bakıda keçirilən son görüşdə tikintinin mərhələlərlə davam etdirilməsinə qərar verilib”, - deyə məlumatda vurğulanıb. “Biz addım-addım getməyə hazırıq. Rusiya tərəfi bir xətt üzrə ilkin təkliflərini hazırlayıb. İkinci, dördüncü xətlər üzrə isə hökumətlərarası ayrı-ayrı razılaşmalar olacaq”, - deyə mətbuat xidmətindən bildirilib və əlavə olunub ki, “Türk axını”nın ilk xətti Türkiyə tərəfinin ehtiyaclarının ödənilməsi məqsədini daşıyır.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb
20.07.2019
Ukraynada parlament seçkilərində təhlükəsizliyi xüsusi təyinatlılar qoruyacaq
20.07.2019
Gürcüstanda onkoloji xəstələrin sayı artıb
19.07.2019
İcevan hadisələri Paşiynvanın sonunu gətirə bilər
19.07.2019
Eldar Qasımov Gürcüstanda azərbaycanlı uşaqlarla bir arada

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info