“Ermənistanda 10 mindən artıq müəssisə bağlanıb”
Tarix: 29.07.2015 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


Qaqik Makaryan: “Bu ölkədə kiçik və orta biznes çökür”

Ermənistanda kiçik və orta biznes sürətlə çökməkdədir. Bunun qarşısını almaq üçün hökumət heç bir effektli tədbir görmək iqtidarında deyil. Bu isə onsuz da ianələrdən asılı olan və tənəzzüldən çıxa bilməyən Ermənistan iqtisadiyyatını tamamilə yararsız hala salıb. Erməni media qurumları bu barədə çoxdan həyəcan təbili çalırlar.
Ermənistan İşəgötürənlər Birliyinin sədri Qaqiq Makaryan “Birinci informasiya” media qurumuna müsahibə verib. O, müsahibəsində bildirib ki, ölkədə bağlanılan şirkətlərin sayı yetərincə həyəcanvericidir: “Bu barədə rəqəm səsləndirmək istəmirəm, amma bağlanan şirkətlərin sayı həddindən artıq çoxdur. Rusiya iqtisadiyyatının böhranı, dolların kursunun artması, ümumi alıcı qabiliyyətinin aşağı düşməsi kiçik biznesin aradan qalxmasına gətirib çıxarıb.
Hökumət bir neçə ay bundan öncə demişdi ki, kiçik bizneslə bağlı yoxlamalar məhdudlaşdırılmalıdır. Bu sahədə yoxlamalar istisna hallarda və baş nazirin icazə məktubundan sonra aparılmalıdır”.
Müsahib onu da bildirib ki, büdcənin doldurulmasında və ÜDM-nin artımı ilə bağlı da problemlər var: “Siz bilirsiniz ki, müxtəlif proqnozlara görə, bu il ÜDM-də birfaizli artım və ya azalma gözlənilir.
Bizim apardığımız araşdırmaya görə, təsərrüfat subyektlərinin yalnız 12 faizi öz bizneslərinin vəziyyətini qənaətbəxş sayır. 6 faizə qədəri öz biznesini yaxşı, digərləri isə qaneedici saymır.
Onu da qeyd etmək lazımdır ki, bu sferada yoxlamalar rüşvətə, korrupsiya risklərinə və sair mənfi nəticələrə səbəb olur.
Bizim araşdırmalarımıza görə, kiçik və orta biznes sahəsində ən çox ticarət sahəsində azalma var. Çünki respondentlərin 53 faizi bunu qeyd edib.
Bu çox ciddi problemdir.”
Müsahib onu da qeyd edib ki, kiçik və orta biznesin ən böyük problemləri kredit əldə etmək və bu sahədə faizlərin çox yüksək olmasıdır: “Rəyi soruşulanların 20-25 faizi qanunların bitkin olmamasını və tez-tez dəyişikliyə məruz qalmasını, vergi yükü, bürokratiya, korrupsiya, qeyri-bərabər rəqabəti qeyd edib. Onların 69 faizi qeyd edib ki, inkişaf üçün maliyyə əlçatan olmalıdır.
Bankların pedant siyasəti nəticəsində çətinliklər ortaya çıxıb ki, bununla da biznes kredit götürə bilmir”.
Makaryan konkret neçə kiçik və orta biznes müəssisələrinin bağlanması barədə suala cavab olaraq bildirib ki, bu cür müəssisələr lap çoxdur və 10 mini keçir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info