Cari ilin altı ayında Ağstafada 417 yeni iş yeri açılıb
Tarix: 29.07.2015 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Ağstafa Rayon İcra Hakimiyyətində cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan şura iclası keçirilib. İclasda rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, Ağstafa rayonunda ilin birinci yarısında əldə edilən nailiyyətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında rayonda ümumi məhsul buraxılışının həcmi 3,7 faiz, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı 1,9 faiz, tikinti işlərinin həcmi 2,2 faiz, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1,8 faiz artıb. Cari ilin birinci yarısında rayonda nəqliyyat və rabitə xidmətləri 2 və 2,3 faiz, ticarət dövriyyəsi 9,1 faiz artıb. 2015-ci ilin 6 ayında rayonda əsas kapitala yönəldilən investisiyanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxalıb. Rayonda orta aylıq nominal əməkhaqqı 1,6 faiz artaraq 240 manat olub, əhaliyə göstərilən pullu xidmətlərin həcmində 2,8 faiz artım qeydə alınıb. Hesabat dövründə rayonda 417 yeni iş yeri açılıb ki, onun da 372-si (89,2 faiz) daimi iş yeridir.
Əsaslı təmir işləri aparılan Ağstafa rayon Mədəniyyət Evində işlər başa çatdırılıb. Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin tikintisində işlər sürətlə davam etdirilir. Hazırda Ağstafa şəhərinin Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrinin yenidən qurulması işləri aparılır. Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya və Bərpa Mərkəzinin yenidən qurulması işləri, eləcə də doğum şöbəsində aparılan təmir işləri başa çatmaq üzrədir. Rayonun Kür çayının sol sahilində yerləşən 11 yaşayış məntəqəsinin qazlaşdırılması üçün daşıyıcı qaz xəttinin çəkilişi davam edir. Saloğlu və Soyuq Bulaq qəsəbələrində qazlaşdırma layihəsi başa çatmaq üzrədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
BP: “Şahdəniz-2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir
21.11.2018
“Şahdəniz-2” yatağı üzrə 10 quyu tamamlanıb
21.11.2018
“AtaBank“ şəhid ailələrinə veriləcək birdəfəlik ödəmələrə komissiya tətbiq etməyəcək
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info