“Qəbələ çox xoşuma gəldi və gələcəkdə bura turist kimi mütləq gələcəyəm”
Tarix: 29.07.2015 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ VII Beynəlxalq Musiqi Festivalında çıxış edən İsrailin məşhur violin ifaçısı Janna Qandelmann bu festivalın çox yüksək səviyyədə təşkil olunduğunu bildirib. O qeyd edib ki, bu günlərdə Qəbələyə toplaşan dünyanın məşhur musiqi xadimləri təqdim etdikləri konsertlərlə böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşadırlar.
"Bizi bura dostumuz, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonski dəvət edib. Bu festival haqqında əvvəllər bir az eşitmişdim, amma builki tədbirin proqramından xəbərim yox idi. Festivalın bu qədər gözəl bir yerdə möhtəşəm təşkil ediləcəyinə inanmırdım. Mən burada məşhur pianoçu Fərhad Bədəlbəyli ilə birgə səhnəyə çıxdım və möhtəşəm kamera konserti verdik. Biz bacardığımızı etdik. İfamız tamaşaçıların o qədər xoşuna gəldi ki, onlar bizi ayaq üstə alqışladılar. Biz çox sevindik ki, musiqi bayramını izləyənlər üçün gözəl əhval-ruhiyyə bəxş edə bildik".
Bir çox beynəlxalq müsabiqələrin qalibi olan israilli musiqiçi Qəbələnin çox xoşuna gəldiyini, boş vaxtlarında mənzərəli yerləri gəzdiyini bildirib. "Xoş təəssüratlarla ölkəmizə qayıdırıq. Gələcəkdə konsertlə bağlı dəvət almasam da, buralara turist kimi mütləq gələcəyəm".


Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info