İKT sahəsinə 160 milyon manata yaxın investisiya qoyulub
Tarix: 29.07.2015 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Azərbaycanın İKT sahəsinə qoyulmuş investisiyaların həcmi 2015-ci ilin yanvar-iyun ayları ərzində 158,3 milyon manat təşkil edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, altı ayın yekunlarına əsasən, müəssisələr və nazirliyin bölmələri tərəfindən İKT sahəsinə 48 milyon manat investisiya qoyulub. Azərbaycanda İKT sahəsinə ilin əvvəlindən qoyulmuş investisiyanın həcmi ölkə iqtisadiyyatına qoyulmuş ümumi investisiyanın 2 faizini təşkil edir və 2014-cü ilin analoji dövrünün göstəricisini 2,5 dəfə üstələyir. Nazirliyin məlumatına əsasən, ölkədə rabitə müəssisələrinin kapital qoyuluşları hesabına 24 yeni ATS istismara verilib, 3-ü yenidən qurulub və daha 29 ATS modernləşdirilib. Nəticədə respublika üzrə ATS şəbəkəsinin montaj nömrə tutumu 1,85 milyonu, əsas telefon aparatlarının sayı isə 1,49 milyonu ötüb.
Qoyulmuş investisiyalar hesabına uzunluğu 162,9 kilometr olan kabel magistralının salınması üzrə işlər görülüb. ADSL portlarının sayı 96,3 mindən çox artırılıb. Azərbaycanın İKT sektoru və poçt rabitəsi üzrə əldə edilən gəlirlərin həcmi yanvar-iyun aylarında 809,6 milyon manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrünün göstərcisini 12 faiz üstələyir.
Nazirlikdən qeyd ediblər ki, Azərbaycan ÜDM-ində İKT sahəsinin xüsusi çəkisi göstərilən dövrdə 2 faiz, qeyri-neft ÜDM-də isə 3 faiz təşkil edib. İKT sektoru üzrə əldə edilmiş gəlirlərin 80 faizi özəl sektorun payına düşüb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info