Yeni işə qəbul olunmuş vergi xidməti əməkdaşları ilə görüş keçirilib
Tarix: 29.07.2015 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyində dövlət vergi orqanlarına işə qəbulla bağlı son müsabiqə zamanı uğur qazanaraq işlə təmin edilmiş yeni əməkdaşlarla görüş keçirilib. Vergilər nazirinin müavini, Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqə komissiyasının sədri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov yeni işə qəbul olunmuş stajçı vergi xidməti əməkdaşlarını təbrik edərək onlara işlərində uğurlar arzulayıb. Nazir müavini bildirib ki, gənc kadrların potensialından düzgün istifadə və onların peşəkarlıq səviyyəsinin daim artırılması Vergilər Nazirliyi üçün prioritet məsələlərdəndir. S.Məmmədxanov gənc kadrların öz üzərində daim işləmələrinin, intellektual səviyyələrini yüksəltmələrinin və fəaliyyətlərində qanunun aliliyini rəhbər tutmalarının vacibliyini xüsusi vurğulayıb. Yeni işə qəbul olunmuş stajçı vergi xidməti əməkdaşları adından çıxış edən Vergilər Nazirliyi Aparatının Protokol bölməsinin dövlət vergi müfəttişi Fərid Salmanov istər işə qəbul zamanı, istərsə də iş prosesində yaradılmış şəffaf şəraitə, ədalətli və bərabər imkanlara görə minnətdarlığını bildirib. Xatırladaq ki, 2005-ci ildən indiyədək dövlət vergi orqanlarına işə qəbulla bağlı 10 müsabiqə keçirilib, bu müsabiqələrdə iştirak üçün ümumilikdə 13.500 nəfər müraciət edib, onlardan 1.834 nəfər test imtahanı mərhələsində uğur qazanaraq müsahibə mərhələsinə buraxılıb, müsahibələrdə namizədlərdən 1.294-ü vakant vəzifələrə uyğun hesab olunaraq ehtiyat kadrlar siyahısına daxil edilib. Bu günə kimi ehtiyat kadrlar siyahısında olan namizədlərdən 1.119 nəfəri dövlət vergi orqanlarında işlə təmin olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info