Fransa fermerləri alman həmkarlarına qarşı etiraz edirlər
Tarix: 29.07.2015 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Fransa fermerləri bu ölkəyə kənd təsərrüfatı məhsulları ixrac edən almaniyalı həmkarlarının əlindən təngə gəliblər. Bu səbəbdən Fermerlərin Regional Həmkarlar Federasiyasının təşkilatçılığı ilə etiraz aksiyası keçirilir.
Mindən çox fermer Fransa ilə Almaniyanı birləşdirən 6 magistral yolu bağlayıb. Məqsəd Fransaya gətirilən kənd təsərrüfatı məhsullarının qarşısını almaqdır. Yolu kəsmək üçün traktorlardan istifadə olunur.
Artıq bir neçə gündür ki, fransalı fermerlər ölkədə öz məhsullarının qiymətinin ucuzlaşmasına qarşı çıxırlar. Onlar hazırda mövcud bazar qiymətlərinin məhsula qoyulan xərcləri ödəməməsindən narahatdırlar. Fermerlər bu məsələdə xüsusilə rəqabət qaydalarını pozan almaniyalı həmkarlarını günahkar bilirlər.
Təsərrüfatçıların fikrincə, Almaniya öz məhsullarının ərsəyə gəlməsində Şərqi Avropadan köç etmiş işçi qüvvəsinin əməyinə üstünlük verir və Fransa ilə müqayisədə əməkhaqqının ödənilməsi üçün az xərc çəkir.
Oxşar gərginlik Fransa ilə İspaniya sərhədində də yaşanır. Fermerlər İspaniyadan ölkəyə hərəkət edən yük avtomobillərinin qarşısını kəsirlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info