Naxçıvanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 137 əcnəbi aşkarlanıb
Tarix: 29.07.2015 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti üçün ən əlamətdar hadisə mayın 27-də qurum üçün yeni, hər cür şəraitlə təmin olunan müasir inzibati binanın istifadəyə verilməsi olub. Dövlətimiz tərəfindən Xidmətə göstərilən diqqət və qayğının nümunəsi olan bu binada yaradılan yüksək səviyyəli iş şəraiti əməkdaşların məhsuldar fəaliyyəti üçün geniş imkanlar açıb.(AZƏRTAC)
Bu sözləri Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Fazil Ələkbərov cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda deyib.
Fazil Ələkbərov bildirib ki, bu ilki yeniliklərdən biri də qurumun “Naxtel” şirkətinin toplu SMS xidmətindən istifadəyə başlamasıdır. Belə ki, artıq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edən hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin, eyni zamanda, Azərbaycan Respublikası vətəndaşlarının elektron müraciətlərinə uyğun cavablandırma onların mobil telefonlarına ünvanlandırılır. Daha bir yenilik isə Miqrasiya Məlumat Mərkəzinin 202 nömrəli – “Qaynar xətt”inin fəaliyyətə başlamasıdır.“Bu ilin fevralından etibarən Naxçıvan şəhərində ictimai yerlərdə monitorlar quraşdırılıb və miqrasiya sahəsində məlumatlandırma funksiyası daşıyan videoçarxların nümayiş etdirilməsinə start verilib. Bu dövrdə Xidmət tərəfindən əmək miqrasiyası sahəsində maarifləndirici tədbirlərə geniş yer verilib”, - deyən F.Ələkbərov qeyd edib ki, ümumiyyətlə 2015-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz əmək miqrasiyasının qarşısının alınması və iş icazələrinin qüvvədə olma qaydalarına nəzarət məqsədilə muxtar respublika ərazisində fəaliyyət göstərən tikinti və emal sənayesi sahələrində yoxlamalar keçirilib. Əldə olunan nəticələrə əsasən, ilin birinci yarımili ərzində muxtar respublika ərazisində qanunsuz və qeydiyyatsız olan, qanunsuz yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 137 əcnəbi aşkarlanıb. Aşkarlanmış əcnəbilərdən 19-u barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə inzibati tənbeh növü tətbiq edilib, 110 nəfər 48 saat müddətində, 8 əcnəbi isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılıb.Bildirilib ki, bu dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı xidmətə, ümumilikdə 5621 müraciət daxil olub. Hesabat dövründə konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsi məqsədilə yaradılan Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin elektron poçtuna, ümumilikdə 1542 müraciət daxil olub. Bu dövrdə Dövlət Miqrasiya Xidməti tərəfindən dövlət büdcəsinə ümumilikdə 89 min 350 manat məbləğində vəsait köçürülüb.
Sonra məruzə ətrafında çıxışlarda Xidmətin 6 aylıq fəaliyyəti ətraflı təhlil edilib, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info