Elxan Süleymanov Avronest PA həmsədrlərinə və Büro üzvlərinə məktub ünvanlayıb
Tarix: 29.07.2015 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avronest PA həmsədrlərinə və Büro üzvlərinə məktub ünvanlayıb.
Məktubda bildirilir ki, Avropa Parlamenti (AP) katibliyinin Siyasi Komitə üzrə məruzə layihəsinin hazırlanmasını öz üzərinə götürməsi Avropa Parlamentinin Şərq Tərəfdaşlığı ölkələrinə təsir vasitəsini saxlamaq cəhdi kimi qiymətləndirilməlidir:
“Biz dəfələrlə belə təzyiqlərin və ayrı-seçkiliyin şahidi olmuşuq. Misal üçün, AP-nin seçkiləri müşahidə missiyasının 2013-cü ildə Azərbaycanda prezident seçkilərini ədalətli və şəffaf seçkilər kimi qiymətləndirməsinə baxmayaraq, bu qurum müxtəlif qeyri-obyektiv və qərəzli bəhanələrlə 2015-ci ildə seçkilərə müşahidə missiyası göndərməməyi qərara alıb. Bununla yanaşı, AP deputatlarına da müstəqil şəkildə Azərbaycanda seçkiləri müşahidə etməyə qadağa qoyulub”.
E. Süleymanov məktubunda qeyd edir ki, Katibliyin bu günlərdə göndərdiyi məktubda iki Komitə üzrə məruzənin AP komponenti katibliyi, digər iki Komitə üzrə isə Şərq Tərəfdaşlığı komponentinin katibliyi tərəfindən hazırlanması təklif edilir. Onun sözlərinə görə, məktubda “ədalətli” bölüşdürülmə təklif edilsə də, AP komponenti katibliyinin Siyasi Komitə üzrə məruzəni götürdüyü bildirilir: “Bununla bağlı bildirmək istərdik ki, Avronest PA-da hər iki komponent bərabər hüquqlara malikdirlər, AP ilə Şərq Tərəfdaşlığı ölkələri bərabər hüquqlu tərəflərdir. Azərbaycan nümayəndə heyəti qeyd edilənlər kontekstində Siyasi Komitənin məruzəsinin ilkin variantının AP komponenti katibliyinin hazırlamasına qəti etiraz edir və bu etiraz nəzərə alınmayacağı təqdirdə Siyasi Komitənin iclaslarına, o cümlədən Assambleyada həmin məruzənin müzakirələrinə qatılmayacağını bildirir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info