Ermənistan istehsallı məhsullar məhv edilib
Tarix: 29.07.2015 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsi (DGK) Ermənistandan gətirilmiş 31 butulka konyak, 51 paçka siqaret və 23 banka kofeni bu gün məhv edib.
Bunu jurnalistlərə DGK-nin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin Təhqiqat şöbəsinin rəisi Fikrət Ələsgərov deyib.
Onun sözlərinə görə, bu mallar Tovuz və Balakən gömrük idarələrinin əməkdaşları tərəfindən aşkarlanıb: “Aparılan ekspertiza nəticəsində müəyyən olunub ki, bu mallar istifadə üçün yararsız olduğundan onların məhv edilməsi qərara alınıb”.
F.Ələsgərov qeyd edib ki, bu gün müxtəlif ölkələrdə istehsal edilmiş çeşidli məhsullardan ibarət 64,8 min qutu məhv edilib: “Məhv edilən mallar arasında 207 kiloqram kolbasa, 91 kiloqram hisə verilmiş balıq, 218 banka kürü, 611 butulka pivə və kustar üsulla hazırlanmış 864 litr şərab olub. Bundan başqa, istifadə müddəti keçmiş 446 butulka mineral su, 659 butulka limonad, 3815 sərinləşdirici və və energetik içki, eləcə də 317 butulka müxtəlif maye yağ məhv edilib”.
O, diqqətə çatdırıb ki, həmçinin insan sağlamlığı üçün təhlükəli olan 311 071 ədəd pirotexniki vasitə, 252 saxta mobil telefon məhv edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info