ETSN: “Yanğın törətməkdə təqsirli bilinən fermerlər barəsində araşdırmalara başlanıb”
Tarix: 29.07.2015 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


Havaların isti keçməsi müxtəlif ərazilərdə yanğınlara səbəb olur. Bu mövsümdə də bir sıra yanğın hadisəsi qeydə alınıb. Bir faktı da qeyd edək ki, bu yanğınlar sadəcə havaların quraq keçməsi ilə bağlı deyil, bəzən ayrı-ayrı şəxslərin məsuliyyətsiliyi nəticəsində baş verir. Bugünlərdə baş verən yanğın hadisələrinin qarşısı müvafiq qurumlar tərəfindən vaxtında alınıb. Belə ki, Xızı rayonunun Dizəvər yaylağında başlayan, sonradan meşə fondu torpaqlarına keçmiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının ciddi səyləri nəticəsində lokallaşdırılıb. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, yanğın yaylaqda geniş ərazini əhatə etdiyindən və hava şəraitinin küləkli olmasından söndürülməsində çətinliklər yaranıb və meşə fondu torpaqlarına keçib. Ərazi yüksək dağ massivində, dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemlər yaranıb. Yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən əsasən əl əməyindən və helikopterin köməyindən istifadə edilib. Ümumiyyətlə, bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın, közərtilər də daxil olmaqla 2 hektara yaxın meşə fondu torpaqlarını əhatə edib və nəticədə quru ot və kol örtüyü yanıb. Meşə işçilərinin, ümumilikdə ETSN və FHN əməkdaşlarının fədakarlığı, şücaəti və ciddi səyləri ilə ağaclara ciddi ziyan dəyməyib, çətin şəraitdə əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlərlə ağac örtüyü mühafizə edilib. Hazırda közərtilərin tam olaraq söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğınla əlaqədar ETSN-in müvafiq qurumları fövqəladə iş rejiminə keçib.


İradə İbrahimova: “Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv ola bilər”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin çox böyük əksəriyyəti taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vuran fermerlərin ehtiyatsızlığı və etinasızlığından irəli gəlir. İ. İbrahimova bildirib ki, torpaq sahibləri olan fermerlər məsələnin ciddiliyini və məsuliyyətini anlamadan plansız, qabaqlayıcı tədbirlər olmadan, yanğın təhlükəsizliyi qaydalarına əməl etmədən sahələrə od vurur və yarana biləcək fəsadları hesablamırlar: "Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv ola bilər, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşər. Xızıda baş verən yanğın zamanı fədakar insanların şücaəti yüzlərlə ağacı xilas etdi, amma belə olmaya da bilərdi, alov daha keçilməz yüksək dağlıq sahələri əhatə etsəydi, meşələrimiz qarşısı alınmaz fəsadlarla üzləşə bilərdi". Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bunlar nəzərə alınaraq, ETSN-in müvafiq qurumları tərəfindən araşdırmalara başlanılıb: "Araşdırma başa çatdıqdan və yanğın törətməkdə təqsirli bilinən torpaq istifadəçiləri - fermerlər müəyyənləşdirildikdən sonra meşə sahəsinə vurulan ziyanla bağlı onlar barəsində müvafiq sənədləşmə aparılacaq və barələrində ciddi tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək. Bölgələrdə yanğınlara yol verilməməsi istiqamətində nazirliyin tabeli qurumları tərəfindən mütəmadi olaraq monitorinqlər və maarifləndirmə işləri davam etdirilir. Havaların isti və quraq keçməsi ilə əlaqədar isə ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır". Qeyd edək ki, iyulun 28-də Xızıda iki hektara yaxın meşə fondu torpağında yanğın baş verib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info